https://sputnik.az/20241212/pasinyan-ucterefli-beyanatla-bagli-realliqlari-tehrif-edir---azerbaycan-xn-468025704.html
Blinkenin Azərbaycanla bağlı qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik - XİN
Blinkenin Azərbaycanla bağlı qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik - XİN
Sputnik Azərbaycan
XİN Paşinyanın Zəngəzurun Rusiyaya verildiyi iddiasını rədd edib
2024-12-12T00:16+0400
2024-12-12T00:16+0400
2024-12-12T00:16+0400
azərbaycan xin
azərbaycan xəbərləri
ayxan hacızadə
abş
abş
abş dövlət katibi
entoni blinken
antoni blinken
https://cdnn1.img.sputnik.az/img/42063/77/420637793_0:0:2000:1125_1920x0_80_0_0_8331ebcd7c20b4cd126cb17b406c00cf.jpg
BAKI, 12 dekabr - Sputnik. 11 dekabr 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmiz əleyhinə bəyanatına dair şərhində deyilir."Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir.Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur.Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və Birləşmiş Ştatlar arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq", - A.Hacızadə vurğulayıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/77/420637793_125:0:1898:1330_1920x0_80_0_0_e5602988b1bd40c33b569692b7a4378f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəngəzurun rusiyaya verilməsi, ftx, paşinyan
zəngəzurun rusiyaya verilməsi, ftx, paşinyan
Blinkenin Azərbaycanla bağlı qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik - XİN
Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur.
BAKI, 12 dekabr - Sputnik. 11 dekabr 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmiz əleyhinə bəyanatına dair şərhində deyilir.
"Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir.
Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur.
Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və Birləşmiş Ştatlar arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq", - A.Hacızadə vurğulayıb.