NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarında diqqətlər FED-in toplantısına yönəlib - Qiymətlər nisbətən qalxıb

© AP Photo / Patrick SemanskyFED
FED - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Abunə olmaq
Bazarlar gələn həftə ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarını izləyəcək. FED-in növbəti iclası dekabrın 17-18-də baş tutacaq.
BAKI, 12 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bir qədər bahalaşıb. Aşağı tələbat və ABŞ-də benzin ehtiyatlarının gözləniləndən daha yüksək artım proqnozları qiymətlərin çox bahalaşmasını məhdudlaşdırıb.
"Brent" markalı neft 14 sent bahalaşaraq 73,66 dollar, ABŞ-nin Qərbi Texas nefti 6 sent artaraq 70,35 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 63 sent artaraq 76,54 dollar təşkil edib.
OPEC 2025-ci il üçün tələb artımı proqnozlarını ardıcıl beşinci ay və indiyədək ən böyük həcmdə azaldıb. Qlobal neft tələbi bu ay gözləniləndən daha yavaş artıb.
Bazarlar gələn həftə ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarını izləyəcək. FED-in növbəti iclası dekabrın 17-18-də baş tutacaq. Federal Ehtiyat Sistemi ölkədə istehlak qiymətlərinin artım tempi ilə bağlı məlumatları diqqətlə izləyir ki, bu da pul siyasəti ilə bağlı qərarların qəbul edilməsində əsas amillərdən biridir. ABŞ Mərkəzi Bankının inflyasiya hədəfi 2 faizdir. FED-in 2024-cü ilin dekabr ayı faiz dərəcəsi qərarı üçün bütün gözlər ABŞ Federal Ehtiyat Sisteminin iclasındadır. Xüsusilə qızıl qiymətlərindəki yüksəlişlə bütün diqqətlər FED-in bu ay keçiriləcək toplantısına yönəldi. FED-in dekabr ayında verdiyi qərar qlobal bazarlarda mühüm rol oynayacaq. FED sentyabr ayında uçot dərəcəsini 5,5 faizdən 5 faizə endirib. İndi bütün diqqətlər FED-in dekabr iclasına yönəlib.
"OPEC plyus" ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyən edib. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0