https://sputnik.az/20241212/msk-sedri-azad-edilmis-erazilerde-belediyye-seckileri-kecirilmeyecek-469363013.html
MSK sədri: Azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək
MSK sədri: Azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək
Sputnik Azərbaycan
Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə üzvü seçiləcək. 12.12.2024, Sputnik Azərbaycan
2024-12-12T16:01+0400
2024-12-12T16:01+0400
2024-12-12T16:34+0400
siyasət
məzahir pənahov
mərkəzi seçki komissiyası
bələdiyyə
seçkilər
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970677_0:104:2000:1229_1920x0_80_0_0_f4b49ad1b8ebbb694c571970c45f7bfb.jpg
BAKI, 12 dekabr — Sputnik. Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini irəli sürüb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır:"Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan verməyəcəyik. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə üzvü seçiləcək. Məndə olan məlumata görə, artıq 3 minə yaxın namizəd var. Artıq onların qeydiyyat mərhələsi başlayıb". M.Pənahov bildirib ki, MSK bütün prosesləri nəzarətdə saxlayır və yerlərlə daim əlaqədədir:MSK sədri həmçinin vurğulayıb ki, azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək:"Bunun üçün insanlar yaşayış məntəqələrinə qayıtmalıdırlar. Hesab edirəm ki, belə bir dövrün gəlib çatmasına az qalıb". Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970677_112:0:1889:1333_1920x0_80_0_0_185b497e0c6b8eefec787232a166986b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məzahir pənahov, mərkəzi seçki komissiyası, bələdiyyə, seçkilər
məzahir pənahov, mərkəzi seçki komissiyası, bələdiyyə, seçkilər
MSK sədri: Azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək
16:01 12.12.2024 (Yenilənib: 16:34 12.12.2024) Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə üzvü seçiləcək.
BAKI, 12 dekabr — Sputnik. Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini irəli sürüb.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır:
"Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan verməyəcəyik. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə üzvü seçiləcək. Məndə olan məlumata görə, artıq 3 minə yaxın namizəd var. Artıq onların qeydiyyat mərhələsi başlayıb".
M.Pənahov bildirib ki, MSK bütün prosesləri nəzarətdə saxlayır və yerlərlə daim əlaqədədir:
"İndiyədək hansısa xoşagəlməz halla rastlaşmamışıq".
MSK sədri həmçinin vurğulayıb ki, azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək:
"Bunun üçün insanlar yaşayış məntəqələrinə qayıtmalıdırlar. Hesab edirəm ki, belə bir dövrün gəlib çatmasına az qalıb".
Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.