https://sputnik.az/20241212/ermenistanin-silahlandirilmasi-sabitliyin-qorunmasina-menfi-tesir-edir---zakir-hesenov-469363354.html
Ermənistanın silahlandırılması sabitliyin qorunmasına mənfi təsir edir - Zakir Həsənov
Ermənistanın silahlandırılması sabitliyin qorunmasına mənfi təsir edir - Zakir Həsənov
Sputnik Azərbaycan
Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı məlumatlandırıb. 12.12.2024, Sputnik Azərbaycan
2024-12-12T23:47+0400
2024-12-12T23:47+0400
2024-12-12T23:47+0400
zakir həsənov
hərbi
türkiyə
müdafiə nazirliyi
azərbaycan
hərbi hava qüvvələri
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0c/469372113_26:0:974:533_1920x0_80_0_0_aefa775d2c29bf1ff2cca6b344d43b8a.jpg
BAKI, 12 dekabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan MN məlumat yayıb. Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər. Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb. Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb. Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən nazir hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qardaş ölkənin hərbi sənayesinin günü-gündən inkişaf etməsinin qürurverici məqam olduğunu bildirib. Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Z.C.Kadıoğlu ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Son zamanlar dünyada baş verən münaqişələrin, müasir döyüş üsullarının birgə təhlil olunması və öyrənilməsinin zəruriliyinin xüsusi vurğulandığı görüşdə, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 15 ildir ki, davam edən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının müsbət nəticələrindən danışılıb. Sonra Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb. Baş Qərargahda keçirilən görüşlər zamanı hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin, qoşunların uyarlılığının təmin olunmasının vacibliyi qeyd edilib. Səfər çərçivəsində türkiyəli nümayəndələr Hərbi Hava Qüvvələrində olub. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə rəsmi qarşılanma mərasimindən sonra qonaqlarla görüşüb. Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, peşəkar kadr hazırlığı məqsədilə hərbi təhsil sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb, eləcə də birgə hərbi əlaqələrin inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb. Türkiyəli nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində görülən işlər barədə ətraflı məlumatlandırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0c/469372113_145:0:856:533_1920x0_80_0_0_08fa7746110356da14d141defe9a74c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zakir həsənov, türkiyə, müdafiə nazirliyi, azərbaycan, hərbi hava qüvvələri, ermənistan
zakir həsənov, türkiyə, müdafiə nazirliyi, azərbaycan, hərbi hava qüvvələri, ermənistan
Ermənistanın silahlandırılması sabitliyin qorunmasına mənfi təsir edir - Zakir Həsənov
Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı məlumatlandırıb.
BAKI, 12 dekabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan MN məlumat yayıb.
Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb. Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən nazir hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qardaş ölkənin hərbi sənayesinin günü-gündən inkişaf etməsinin qürurverici məqam olduğunu bildirib.
Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Z.C.Kadıoğlu ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Son zamanlar dünyada baş verən münaqişələrin, müasir döyüş üsullarının birgə təhlil olunması və öyrənilməsinin zəruriliyinin xüsusi vurğulandığı görüşdə, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 15 ildir ki, davam edən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının müsbət nəticələrindən danışılıb.
Sonra Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb. Baş Qərargahda keçirilən görüşlər zamanı hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin, qoşunların uyarlılığının təmin olunmasının vacibliyi qeyd edilib.
Səfər çərçivəsində türkiyəli nümayəndələr Hərbi Hava Qüvvələrində olub. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə rəsmi qarşılanma mərasimindən sonra qonaqlarla görüşüb.
Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, peşəkar kadr hazırlığı məqsədilə hərbi təhsil sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb, eləcə də birgə hərbi əlaqələrin inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb.
Türkiyəli nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində görülən işlər barədə ətraflı məlumatlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.