SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var - Ceyhun Bayramov

© Sputnik / Виталий БелоусовCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Abunə olmaq
Nazir qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.
BAKI, 12 dekabr — Sputnik. Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.
Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.
XİN rəhbəri onu bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var:

"Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana ərazi iddiaları var".

Nazir bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir, Araz körpüsünün tikintisi davam edir.
Onun sözlərinə görə, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı son müsbət qərar yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0