https://sputnik.az/20241212/ermenistan-isgalci-ve-tecavuzkar-dovletdir---hikmet-haciyev-469352563.html
Ermənistan işğalçı və təcavüzkar dövlətdir - Hikmət Hacıyev
Ermənistan işğalçı və təcavüzkar dövlətdir - Hikmət Hacıyev
Sputnik Azərbaycan
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi çox aşağı... 12.12.2024, Sputnik Azərbaycan
2024-12-12T11:08+0400
2024-12-12T11:08+0400
2024-12-12T12:36+0400
siyasət
hikmət hacıyev
ermənistan
silah
fransa
https://cdnn1.img.sputnik.az/img/42367/58/423675882_0:0:1920:1080_1920x0_80_0_0_2640416f84098e82ac9cf33276e5d843.jpg
BAKI, 12 dekabr — Sputnik. Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var:O bildirib ki, Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir:Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri arasında müzakirələr aparılır. Onun sözlərinə görə,iki ölkə arasında açıq qalan müəyyən məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır. Prezidentin köməkçisi artıq iki ölkə arasında müharibə faktorunun qalmadığını diqqətə çatdırıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42367/58/423675882_107:0:1812:1279_1920x0_80_0_0_3e56858232e9e1eb2812f8e94769b822.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
hikmət hacıyev, ermənistan, silah, fransa
hikmət hacıyev, ermənistan, silah, fransa
Ermənistan işğalçı və təcavüzkar dövlətdir - Hikmət Hacıyev
11:08 12.12.2024 (Yenilənib: 12:36 12.12.2024) Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir.
BAKI, 12 dekabr — Sputnik. Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var:
"Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Silahlar təkcə Ermənistan tərəfindən verilmir".
O bildirib ki, Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir:
"Ermənistan tərəfinə təzyiqlərdən sonra bu xəritələr verilsə də, dəqiqlik çox aşağı səviyyədədir".
Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri arasında müzakirələr aparılır.
Onun sözlərinə görə,iki ölkə arasında açıq qalan müəyyən məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır.
Prezidentin köməkçisi artıq iki ölkə arasında müharibə faktorunun qalmadığını diqqətə çatdırıb.
"Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ermənistan işğalçı qüvvələri də Azərbaycan ərazisindən çıxarılıb", - Hikmət Hacıyev əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.