Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əli Əsədov MBD iclasında Azərbaycan siyasi həyatında baş vermiş mühüm hadisələri açıqladı

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanƏli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
 - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Abunə olmaq
Baş nazir bildirib ki, bu tarixi hadisə keçmiş məcburi köçkünlərə öz doğma torpaqlarında yaradılmış seçki məntəqələrində səs verməyə imkan verib.
BAKI, 12 dekabr — Sputnik. "Bu il Azərbaycanın siyasi həyatında mühüm hadisələr baş verdi. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra onun bütün ərazisində prezident və parlament seçkilərinin keçirilməsi tarixi hadisə oldu".
Bunu Azərbaycan Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, bu tarixi hadisə keçmiş məcburi köçkünlərə öz doğma torpaqlarında yaradılmış seçki məntəqələrində səs verməyə imkan verib:
"Bununla əlaqədar olaraq, MDB üzvü olan ölkələrin müşahidəçi missiyasına və Birliyin özünə fəal iştirakına və peşəkarlıq nümayiş etdirdiklərinə görə təşəkkür etmək istərdim".
Əli Əsədov bu yaxınlarda Bakıda keçirilən BMT-nin iqlim konfransı - COP29-dan da danışıb. Bildirib ki, tədbirdə 80 dövlət və hökumət başçısı, eləcə də qeydiyyatdan keçmiş 76 mindən çox inümayəndə iştirak edib:

"COP29-da inkişaf etməkdə olan ölkələrə illik rekord məbləğdə 300 milyard dollarlıq iqlim maliyyəsi təqdim etmək barədə qərar qəbul olunub. Əldə edilən razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və qlobal iqlim gündəmi üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın sədrliyi ölkəmizə qarşı genişmiqyaslı, əsassız kampaniyaya və hətta dünya ictimaiyyəti üçün belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirdi ki, bu da konfransın layiqli səviyyədə keçirilməsinə, mühüm nəticələrə və çoxtərəfli danışıqlarda irəliləyiş əldə etməyə imkan verdi. Fürsətdən istifadə edərək, Birlik ölkələrinin nümayəndə heyətlərinin fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə əvəzsiz töhfələrinə görə Azərbaycan hökuməti adından minnətdarlığımı bildirirəm. Ayrı-ayrılıqda, Rusiya Federasiyasının nümayəndə heyətinin başçısı kimi COP29-da şəxsi fəal iştirakına görə Mixail Vladimiroviçə təşəkkür etmək istərdim".

Azərbaycan Baş naziri çıxışının sonunda Birlik çərçivəsində konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib və toplantının bütün iştirakçılarına səmərəli iş arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0