https://sputnik.az/20241212/eli-esedov-lacin-beynelxalq-hava-limaninin-istifadeye-verileceyi-tarixi-aciqladi-469368886.html
Əli Əsədov Laçın Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyi tarixi açıqladı
Əli Əsədov Laçın Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyi tarixi açıqladı
Sputnik Azərbaycan
Baş nazir bildirib ki, MDB Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycanda fəal hazırlıq gedir. 12.12.2024, Sputnik Azərbaycan
2024-12-12T18:33+0400
2024-12-12T18:33+0400
2024-12-12T18:33+0400
əli əsədov
qarabağın dirçəlişi və reinteqrasiyası
laçın
aeroport
azərbaycan
mdb
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445863011_0:63:1200:738_1920x0_80_0_0_d63e608f44443e1a129732ed4664346a.jpg
BAKI, 12 dekabr — Sputnik. Laçın Beynəlxalq Hava Limanı 2025-ci ildə istifadəyə veriləcək. Bunu Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycanın Baş Naziri Əli Əsədov deyib. Qeyd edək ki, Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən dörd il ötür. Qeyd edək ki, Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb. 28 il ərzində işğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayıb. Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncamla Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tvitter səhifəsində (indiki "X" sosial şəbəkəsi) elan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445863011_67:0:1134:800_1920x0_80_0_0_751ec15e172b042583f686aa6a9b5a52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli əsədov, laçın, aeroport, azərbaycan, mdb
əli əsədov, laçın, aeroport, azərbaycan, mdb
Əli Əsədov Laçın Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyi tarixi açıqladı
Baş nazir bildirib ki, MDB Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycanda fəal hazırlıq gedir.
BAKI, 12 dekabr — Sputnik. Laçın Beynəlxalq Hava Limanı 2025-ci ildə istifadəyə veriləcək. Bunu Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycanın Baş Naziri Əli Əsədov deyib.
"2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur ki, bu tədbirlərə MDB Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycanda fəal hazırlıq gedir. Laçın şəhəri Azərbaycan Respublikası tərəfindən 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı elan edilib. İşğaldan azad edilmiş Laçın şəhəri hazırda sürətlə bərpa olunur. "Böyük Dirçəliş" proqramı çərçivəsində həyatın və iqtisadi rifahın bərpasına yönəlmiş sosial layihələr, o cümldəən 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur", - baş nazir bildirib.
Qeyd edək ki, Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən dörd il ötür.
Qeyd edək ki, Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.
İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.
28 il ərzində işğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayıb.
Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncamla Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tvitter səhifəsində (indiki "X" sosial şəbəkəsi) elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.