CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün xəstəxanalarda onlayn növbə sistemi təşkil ediləcək

© Sputnik / Zulfiyya GuluyevaAkademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Abunə olmaq
Ölkə üzrə epidemioloji vəziyyətlə bağlı sualı cavablandıran Vüqar Qurbanov deyib ki, tibb müəssisələrində epidemioloji vəziyyətlə bağlı təcili tibbi xidmətə müraciətlərdə kəskin artım yoxdur.
BAKI, 12 dekabr — Sputnik. "Artıq Bakı və regionlardakı bəzi xəstəxanalarda onlayn növbə sistemi təşkil edilib".
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Qısa müddətdə bütün ölkə üzrə xəstəxanalarda onlayn növbə sistəmi təşkil ediləcək", - deyə o qeyd edib.

Ölkə üzrə epidemioloji vəziyyətlə bağlı sualı cavablandıran Vüqar Qurbanov deyib ki, tibb müəssisələrində epidemioloji vəziyyətlə bağlı təcili tibbi xidmətə müraciətlərdə kəskin artım yoxdur:
"Hazırda kəskin respirator xəstəliklərin yayılması müşahidə olunsa da, xəstəxanalara müraciət sayı normal səviyyədədir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0