https://sputnik.az/20241212/a-ve-bee-arasinda-iqtisadi-terefdasliq-sazisi-uzre-danisiqlar-basa-catib-469354726.html
Aİİ və BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlar başa çatıb
Aİİ və BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlar başa çatıb
Sputnik Azərbaycan
Saziş qüvvəyə mindikdən sonra preferensial (güzəştli) rejimlə qarşılıqlı ticarətin 90%-dən çoxunu və məhsul nomenklaturasının 85%-dən çoxunu əhatə edəcək. 12.12.2024, Sputnik Azərbaycan
2024-12-12T13:39+0400
2024-12-12T13:39+0400
2024-12-12T13:39+0400
məmur
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
birləşmiş ərəb əmirlikləri
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621812_0:132:3171:1916_1920x0_80_0_0_457399652e254e5ae1a9e1378c126502.jpg
BAKI, 12 dekabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnyov və BƏƏ-nin xarici ticarət məsələləri üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyoudi iqtisadi tərəfdaşlıq haqqında sazişin bağlanmasına dair danışıqların başa çatdığını elan ediblər. Əl Zeyoudinin sözlərinə görə, BƏƏ və Aİİ uzunmüddətli artım və iqtisadiyyatın diversifikasiyası üzrə ortaq öhdəlik əsasında səmərəli əlaqələr inkişaf etdirir. AİK-dən bildirilib ki, saziş imzalanmazdan əvvəl müvafiq dövlətdaxili razılaşma prosedurlarından keçməlidir. BƏƏ ilə danışıqlara başlamaq qərarı 2022-ci ilin dekabrında Ali Avrasiya İqtisadi Şurası tərəfindən qəbul edilib. Danışıqların dörd raundu 2023-cü və 2024-cü illərdə baş tutub. "İqtisadi tərəfdaşlıq haqqında saziş qüvvəyə mindikdən sonra preferensial rejimlə qarşılıqlı ticarətin 90%-dən çoxunu və məhsul nomenklaturasının 85%-dən çoxunu əhatə edəcək", - AİK-dən qeyd edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621812_220:0:2951:2048_1920x0_80_0_0_b9017bb97f662b9a03e1fa277a03137b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
məmur, avrasiya iqtisadi ittifaqı, birləşmiş ərəb əmirlikləri
məmur, avrasiya iqtisadi ittifaqı, birləşmiş ərəb əmirlikləri
Aİİ və BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlar başa çatıb
Saziş qüvvəyə mindikdən sonra preferensial (güzəştli) rejimlə qarşılıqlı ticarətin 90%-dən çoxunu və məhsul nomenklaturasının 85%-dən çoxunu əhatə edəcək.
BAKI, 12 dekabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnyov və BƏƏ-nin xarici ticarət məsələləri üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyoudi iqtisadi tərəfdaşlıq haqqında sazişin bağlanmasına dair danışıqların başa çatdığını elan ediblər.
"Avrasiya İqtisadi İttifaqı (Aİİ) dost ölkələrlə iqtisadi tərəfdaşlıq şəbəkəsini fəal şəkildə formalaşdırır. BƏƏ ilə razılaşma ölkənin bölgədəki qlobal mərkəz rolunu nəzərə alaraq əhəmiyyətli bir mərhələdir. Saziş dövlətlərimiz arasında artıq misli görünməmiş artım göstərən ticarətə əlavə təkan verəcək, həmçinin əməkdaşlıq əlaqələrinin inkişafı üçün sistemli zəmin yaradacaq", - Slepnyov bildirib.
Əl Zeyoudinin sözlərinə görə, BƏƏ və Aİİ uzunmüddətli artım və iqtisadiyyatın diversifikasiyası üzrə ortaq öhdəlik əsasında səmərəli əlaqələr inkişaf etdirir.
"İqtisadi tərəfdaşlıq haqqında sazişin bağlanmasına dair danışıqların başa çatdırılması qarşılıqlı fəaliyyətimizi dərinləşdirəcək və bizə çoxsaylı sinergiya (çulğalaşmaq) əlaqələrini inkişaf etdirməyə imkan verəcək", - BƏƏ naziri vurğulayıb.
AİK-dən bildirilib ki, saziş imzalanmazdan əvvəl müvafiq dövlətdaxili razılaşma prosedurlarından keçməlidir.
BƏƏ ilə danışıqlara başlamaq qərarı 2022-ci ilin dekabrında Ali Avrasiya İqtisadi Şurası tərəfindən qəbul edilib. Danışıqların dörd raundu 2023-cü və 2024-cü illərdə baş tutub.
"İqtisadi tərəfdaşlıq haqqında saziş qüvvəyə mindikdən sonra preferensial rejimlə qarşılıqlı ticarətin 90%-dən çoxunu və məhsul nomenklaturasının 85%-dən çoxunu əhatə edəcək", - AİK-dən qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.