https://sputnik.az/20241211/heftesonu-meteor-yagisi-olacaq-469338259.html
Həftəsonu meteor yağışı olacaq
Həftəsonu meteor yağışı olacaq
Sputnik Azərbaycan
Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. 11.12.2024, Sputnik Azərbaycan
2024-12-11T14:00+0400
2024-12-11T14:00+0400
2024-12-11T15:35+0400
meteor axını
hadisə
günəş
şamaxı astrofizika rəsədxanası
n.tusi adına şamaxı astrofizika rəsədxanası
amea-nın nəsrəddin tusi adına şamaxı astrofizika rəsədxanası
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466911058_0:160:3072:1888_1920x0_80_0_0_e472b2a7fa460871126e24d520bd0e36.jpg
BAKI, 11 dekabr — Sputnik. Hər il 4-20 dekabrda təkrarlanan "Geminidlər" meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, "Geminidlər" ən intensiv dövri meteor sellərindən biridir: "Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal Yarımkürəsində daha aydın görünəcək, lakin Cənub Yarımkürəsində də daha az intensivliklə izlənə bilər. Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər". Məlumata görə, meteor selləri adətən komet mənşəli olurlar: "Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt Yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir, çünki Günəşə yaxınlaşdıqda "quyruq" yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya "sönmüş" komet olduğu ehtimal edilir". "Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay 14 dekabrda saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq. Lakin 07:25-də artıq səhər alaqaranlığı başlayacaq və müşahidələr çətinləşəcək", - deyə məlumatda qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466911058_171:0:2902:2048_1920x0_80_0_0_7c6c1e57365d6295961d350c0b9ab744.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meteor axını, günəş, şamaxı astrofizika rəsədxanası, n.tusi adına şamaxı astrofizika rəsədxanası, amea-nın nəsrəddin tusi adına şamaxı astrofizika rəsədxanası
meteor axını, günəş, şamaxı astrofizika rəsədxanası, n.tusi adına şamaxı astrofizika rəsədxanası, amea-nın nəsrəddin tusi adına şamaxı astrofizika rəsədxanası
Həftəsonu meteor yağışı olacaq
14:00 11.12.2024 (Yenilənib: 15:35 11.12.2024) Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir.
BAKI, 11 dekabr — Sputnik. Hər il 4-20 dekabrda təkrarlanan "Geminidlər" meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir.
Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, "Geminidlər" ən intensiv dövri meteor sellərindən biridir: "Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal Yarımkürəsində daha aydın görünəcək, lakin Cənub Yarımkürəsində də daha az intensivliklə izlənə bilər. Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər".
Məlumata görə, meteor selləri adətən komet mənşəli olurlar: "Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt Yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir, çünki Günəşə yaxınlaşdıqda "quyruq" yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya "sönmüş" komet olduğu ehtimal edilir".
"Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay 14 dekabrda saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq. Lakin 07:25-də artıq səhər alaqaranlığı başlayacaq və müşahidələr çətinləşəcək", - deyə məlumatda qeyd edilib.