Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Uçan körpü nə vaxt hazır olacaq? FOTO

© Photo : State Agency of Azerbaijan Automobile RoadsUçan körpü
Uçan körpü - Sputnik Azərbaycan, 1920, 10.12.2024
Abunə olmaq
Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.
BAKI, 10 dekabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
© Photo : State Agency of Azerbaijan Automobile RoadsUçan körpü
Uçan körpü - Sputnik Azərbaycan, 1920, 10.12.2024
Uçan körpü
Bildirilib ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.
İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Xəbər lenti
0