https://sputnik.az/20241210/suriyanin-eks-prezidenti-beser-esed-diktator-deyildi---lukasenko-469323248.html
Suriyanın eks-prezidenti Bəşər Əsəd diktator deyildi - Lukaşenko
Suriyanın eks-prezidenti Bəşər Əsəd diktator deyildi - Lukaşenko
Sputnik Azərbaycan
Lukaşenko vurğulayıb ki, Suriyadakı yeni qüvvələr Belarus və Rusiya ilə münasibətləri kəsməyəcək. 10.12.2024, Sputnik Azərbaycan
2024-12-10T17:43+0400
2024-12-10T17:43+0400
2024-12-10T17:43+0400
belarus prezidenti aleksandr lukaşenko
dünya xəbərləri
bəşər əsəd
suriya prezidenti bəşər əsəd
kreml
moskva
suriya
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:88:807:542_1920x0_80_0_0_1d4d1ee733e31e1a024c070a7665254a.jpg
BAKI, 10 dekabr — Sputnik. Suriyadakı çevriliş Qərbin və amerikalıların marağındadır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. "Orada kifayət qədər neft və qaz var, oradan da Aralıq dənizi sahillərinə qaz kəməri çəkmək lazımdır, bu, əsas rol oynayır" - Lukaşenko deyib. O qeyd edib ki, Suriyanın eks-prezidenti Bəşər Əsəd diktator deyildi, onun bunun üçün resursları yox idi. Lukaşenko vurğulayıb ki, Suriyadakı yeni qüvvələr Belarus və Rusiya ilə münasibətləri kəsməyəcək: Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib. Bazar günü, dekabrın 8-də Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər - Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri liderləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:13:807:618_1920x0_80_0_0_d97310a82f9c77ec7d97dcf04d01f288.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus prezidenti aleksandr lukaşenko, bəşər əsəd, suriya prezidenti bəşər əsəd, kreml, moskva, suriya
belarus prezidenti aleksandr lukaşenko, bəşər əsəd, suriya prezidenti bəşər əsəd, kreml, moskva, suriya
Suriyanın eks-prezidenti Bəşər Əsəd diktator deyildi - Lukaşenko
Lukaşenko vurğulayıb ki, Suriyadakı yeni qüvvələr Belarus və Rusiya ilə münasibətləri kəsməyəcək.
BAKI, 10 dekabr — Sputnik. Suriyadakı çevriliş Qərbin və amerikalıların marağındadır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Orada kifayət qədər neft və qaz var, oradan da Aralıq dənizi sahillərinə qaz kəməri çəkmək lazımdır, bu, əsas rol oynayır" - Lukaşenko deyib.
O qeyd edib ki, Suriyanın eks-prezidenti Bəşər Əsəd diktator deyildi, onun bunun üçün resursları yox idi.
Lukaşenko vurğulayıb ki, Suriyadakı yeni qüvvələr Belarus və Rusiya ilə münasibətləri kəsməyəcək:
"Mən əminəm ki, bu müxalif qüvvələr necə adlanırsa, onlar bizimlə, Rusiya ilə münasibətləri kəsməyəcəklər Suriyalıların onlarla mübahisə etməsinə ehtiyac yoxdur, amma onlar bizimlə münasibətlərini kəsməyəcəklər. Hesab edin ki, bunu amerikalılar yox, Suriya müxalifəti edib. Gözləyib görəcəyik".
Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Bazar günü, dekabrın 8-də Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər - Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri liderləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.