https://sputnik.az/20241210/suriyada-muveqqeti-xilas-hokumetinin-rehberi-teyin-edilib-469327223.html
Suriyada müvəqqəti "xilas hökuməti"nin rəhbəri təyin edilib
Suriyada müvəqqəti "xilas hökuməti"nin rəhbəri təyin edilib
Sputnik Azərbaycan
"Xilas hökuməti"nin rəhbəri qeyd edib ki, müvəqqəti hökumət dövlət idarəçiliyi məsələlərinə nəzarət edəcək. 10.12.2024, Sputnik Azərbaycan
2024-12-10T18:40+0400
2024-12-10T18:40+0400
2024-12-10T18:40+0400
suriya
dünya xəbərləri
xilas hökuməti
müvəqqəti hökumət
bəşər əsəd
dəməşq
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0a/469326925_0:200:3072:1928_1920x0_80_0_0_fef50e64b557cd17f05a0fb802d58fa1.jpg
BAKI, 10 dekabr — Sputnik. Suriyanın İdlib əyalətində silahlı müxalifətin yaratdığı "Xilas hökuməti"nin rəhbəri Suriyanın keçid dövrü üçün müvəqqəti hökumətinin başçısı vəzifəsinə təyin olunduğunu açıqlayıb. Bu barədə "RİA Novosti" Məhəmməd Əl-Bəşirin "Əl-Hadas" telekanalının efirində söylədiklərinə istinadən xəbər verib. "Baş komandanlığın qərarı ilə bizə müvəqqəti hökumət qurmaq səlahiyyəti verilib. Bu, ilkin olaraq 2025-ci il martın 1-dək həyata keçiriləcək", müvəqqəti hökumət başçısı bildirib. Əl-Bəşirin sözlərinə görə, qərar silahlı müxalifət rəhbərliyinin nümayəndələri, müxalif "Xilas hökuməti"nin üzvləri və ölkənin keçmiş hökumətinin vəkilləri arasında keçirilən görüş zamanı qəbul edilib. Onun sözlərinə görə, müvəqqəti hökumət dövlət idarəçiliyi məsələlərinə nəzarət edəcək. Xatırladaq ki, noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma başlayıb. Onlar Hələb şəhərini ələ keçirərək, Hüms və Həmanı işğal ediblər. Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər. "Reuters"in verdiyi məlumata görə, Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyət dövrünün "bitdiyini" açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı vəzifəsini tərk etmək qərarına gəldiyini və "hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə göstərişlər verərək" Suriyanı tərk etdiyini bildirib.
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0a/469326925_116:0:2847:2048_1920x0_80_0_0_098afb57afb1c03c2b2805540f0ecfca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
suriya, xilas hökuməti, müvəqqəti hökumət, bəşər əsəd, dəməşq
suriya, xilas hökuməti, müvəqqəti hökumət, bəşər əsəd, dəməşq
Suriyada müvəqqəti "xilas hökuməti"nin rəhbəri təyin edilib
"Xilas hökuməti"nin rəhbəri qeyd edib ki, müvəqqəti hökumət dövlət idarəçiliyi məsələlərinə nəzarət edəcək.
BAKI, 10 dekabr — Sputnik. Suriyanın İdlib əyalətində silahlı müxalifətin yaratdığı "Xilas hökuməti"nin rəhbəri Suriyanın keçid dövrü üçün müvəqqəti hökumətinin başçısı vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Bu barədə "RİA Novosti" Məhəmməd Əl-Bəşirin "Əl-Hadas" telekanalının efirində söylədiklərinə istinadən xəbər verib.
"Baş komandanlığın qərarı ilə bizə müvəqqəti hökumət qurmaq səlahiyyəti verilib. Bu, ilkin olaraq 2025-ci il martın 1-dək həyata keçiriləcək", müvəqqəti hökumət başçısı bildirib.
Əl-Bəşirin sözlərinə görə, qərar silahlı müxalifət rəhbərliyinin nümayəndələri, müxalif "Xilas hökuməti"nin üzvləri və ölkənin keçmiş hökumətinin vəkilləri arasında keçirilən görüş zamanı qəbul edilib. Onun sözlərinə görə, müvəqqəti hökumət dövlət idarəçiliyi məsələlərinə nəzarət edəcək.
Xatırladaq ki, noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma başlayıb. Onlar Hələb şəhərini ələ keçirərək, Hüms və Həmanı işğal ediblər.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər. "Reuters"in verdiyi məlumata görə, Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyət dövrünün "bitdiyini" açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı vəzifəsini tərk etmək qərarına gəldiyini və "hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə göstərişlər verərək" Suriyanı tərk etdiyini bildirib.