https://sputnik.az/20241210/sabahdan-belediyye-seckilerine-namizedlerin-senedlerinin-qebulu-baslayir-469307732.html
Bu gündən bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır
Bu gündən bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır
Sputnik Azərbaycan
Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-a təyin edilib. 10.12.2024, Sputnik Azərbaycan
2024-12-10T10:22+0400
2024-12-10T10:22+0400
2024-12-10T10:29+0400
bələdiyyə
cəmiyyət
məzahir pənahov
seçki
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462450393_0:156:3000:1844_1920x0_80_0_0_b8bb20197c44335c510d2f02d02cf434.jpg
BAKI, 10 dekabr — Sputnik. Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu dekabrın 10-da başlayacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun ötən gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, müraciətlərin qəbulu dekabrın 30-dək davam edəcək. Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib. MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462450393_167:0:2834:2000_1920x0_80_0_0_bb290af79508c056e9a6b01150e1f4ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bələdiyyə, məzahir pənahov, seçki, azərbaycan
bələdiyyə, məzahir pənahov, seçki, azərbaycan
Bu gündən bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır
10:22 10.12.2024 (Yenilənib: 10:29 10.12.2024) Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-a təyin edilib.
BAKI, 10 dekabr — Sputnik. Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu dekabrın 10-da başlayacaq.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun ötən gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, müraciətlərin qəbulu dekabrın 30-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.
Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.