Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Planlaşdırılmış Suriya fəlakəti

© Getty Images / dia imagesSuriya
Suriya  - Sputnik Azərbaycan, 1920, 10.12.2024
Abunə olmaq
Suriyadakı son hadisələr onilliklər ərzində tətbiq edilən iqtisadi, maliyyə və texnoloji sanksiyaların məntiqi nəticəsi oldu.
Moskvada Suriya səfirliyi üzərində müxalifət adlandırılan qurumun bayrağı qaldırılıb və indidən demək olar ki, ölkənin əvvəllər bildiyimiz tarixi bitib. Mütəxəssislər hələ də baş verənlərin, o cümlədən ordunun və təhlükəsizlik qüvvələrinin demək olar ki, ani süqutunun fonunda düşünülmüş təhlil aparmayıblar. Bütün bunlar sonra olacaq, bu gün isə yaxın keçmişdən danışacayıq. Yaxın Şərqin xəritəsini əbədi olaraq dəyişdirən hadisələrin səbəbi əsasən elə həmin keçmişdən qaynaqlanır.
Heç kimə sirr deyil ki, Bəşər Əsəd hökuməti ölkəni böyük ölçüdə xarici müttəfiqlərin - Rusiya və İranın köməyi sayəsində xilas etdi, onlar həm hərbi, həm də diplomatik yardım göstərdilər, məsələn, kürd məsələsini neytrallaşdırdılar. Eyni zamanda, Qərb dünyası əvvəllər geniş sektoral sanksiyalar tətbiq etdiyi Suriyanı Liviya və Əfqanıstan kimi parçalamaq üçün dəridən-qabıqdan çıxırdı. Əmtəə və maliyyə qıtlığı yaratmaq, əhali arasında narazılıq salmaq, onu üsyana sövq etmək məqsədi ilə. Dəməşq sözün əsl mənasında boğulur, hər tərəfdən mühasirəyə alınırdı. Rusiyaya qarşı belə ssenari iqtisadiyyatının miqyası və hərbi kütləsi səbəbindən işləməsə də, Suriyada zəhərli toxumlar kifayət qədər tumurcuqlar verdi.
Qeyd edək ki, Əsəd Suriyasına qarşı ilk sanksiyalar vətəndaş müharibəsinə səbəb olan Ərəb baharından çox-çox əvvəl tətbiq edilib. Birləşmiş Ştatlar hökumətinin internet saytı bildirir ki, hələ 2004-cü ilin mayında prezident Corc Buş həm Suriya hökuməti daxilindəki şəxslərə, həm də onun iqtisadiyyatına qarşı geniş spektrli məhdudiyyətlər tətbiq edən 13338 saylı İcra sərəncamını imzalayıb. Bu sənəd Suriyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyan və guya Livanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyan 1979-cu il fərmanına əlavə idi.
Misirin Təhrir meydanında baş verən hadisələrdən sonra Dəməşqə qarşı oxşar fərmanlar yağış kimi yağmağa başladı. Onların sıra sayı maraqsız olsa da, məzmunu çox mənalı görünür. Bu təşəbbüs Avropa İttifaqı tərəfindən də fəal şəkildə dəstəklənib. Ümumilikdə, sanksiyalar 20 sahəyə aid olsa da, ekran sahəsinin məhdudluğu səbəbindən biz onları ümumi nəzər salacayıq.
Qanlı daxili çəkişmələr içində boğulan Suriyaya qarşı tətbiq edilən məhdudiyyətlər aşağıdakılardan ibarətdir:
• hər hansı ikili təyinatlı malların, silahların, kimyəvi və bioloji silahların istehsalı üçün komponentlərin tədarükünün qadağan edilməsi;
• telekommunikasiya və internet sahəsində texnologiyaların, proqram məhsullarının tədarükünün qadağan edilməsi;
• xam neftin və onun emal olunmuş məhsullarının ixracına qadağa (2013-cü ildə burada Dəməşqin nəzarətində olmayan yataqlardan neftin alınmasına icazə verən istisnalar edilib; bununla da faktiki olaraq milli sərvətlərin talanması və silahlı qrupların sponsorluğu leqallaşdırılıb);
• neftin, qazın kəşfiyyatı və hasilatı, neft məhsullarının hasilatı və qazın mayeləşdirilməsi üçün texnologiyaların və hər hansı avadanlığın tədarükünə qadağa (2013-cü ilin yayında burada "Suriya əhalisinə yardım" adı altında istisnalar da tətbiq edilmişdi, açıq şəkildə maraqlı tərəflərlə);
• Suriya əskinasları və sikkələri ilə ixrac və xarici əməliyyatların qadağan edilməsi;
• bütün növ elektrik stansiyalarının tikintisi və istismarı üçün hər hansı avadanlığın tədarükü və ya ötürülməsinin qadağan edilməsi;
• enerji sektoruna hər cür investisiya qoyuluşu qadağandır;
• Suriya Mərkəzi Bankının bütün xarici aktivləri dondurulub;
• o vaxtkı qanuni hökumətin himayəsi altında hər hansı layihənin maliyyələşdirilməsi qadağandır;
• ixrac kreditlərinin verilməsi və sığortalanması qadağandır;
• 2012-ci ildən sonra buraxılmış dövlət istiqrazlarının klirinqinə qadağa;
• xarici bank hesablarının açılmasına, Qərb hava limanlarında Suriya yük təyyarələrinə xidmət göstərilməsi, təyyarə yanacağının tədarükünə qadağa, Suriyadan və ya Suriyaya gedən bütün yüklərin dayandırılması və məcburi yoxlanılması.
Rusiya Aerokosmik Qüvvələri və bir sıra proksi qüvvələrin Suriya münaqişəsinə qoşulmasından sonra Bəşər Əsəd hökuməti ölkənin mərkəsi hissəsinə nəzarəti bərpa etdi. Bu ərazidəki Rakka - Homs - Palmira – Abu-Kamal şərti üçbucağında neft yataqlarının əksəriyyəti yerləşir. Yeri gəlmişkən, orada qazla zəngin olan vilayətlər də var. Bütün bu karbohidrogen sərvəti iki qaz və bir neft kəməri ilə qərb sahillərinə axırdı. İki əsas neft emalı zavodu da məhz burada yerləşir.
Eyni zamanda, kürdlərin nəzarətində olan ərazilərdə xeyli sayda quyu qaldı. Heç kim gizlətmirdi ki, onlar Amerika qoşunlarının nəzarətindədir. Cənubda, At-Tanf bölgəsində oxşar bir "biznes" ingilislər tərəfindən idarə olunurdu. Mövcud hadisələrin kompleksi nəticəsində - yəni: müharibə nəticəsində dağılmış infrastruktur, ixtisaslı kadrların axını, ərazilərin bir hissəsinin itirilməsi - yerli neft hasilatı demək olar ki, on dəfə azaldı. Əgər vətəndaş müharibəsi başlayanda gündəlik hasilat 385 min bareli ötmüşdüsə, on ildən sonra bu göstərici 40 min barel ətrafında idi. Eyni zamanda, audit yoxlama üçün dəvət edilmiş Norveç kəşfiyyatçıları öz rəsmi rəylərində potensial hasilat həcminin altı-yeddi milyon barel olduğunu göstəriblər.
Əsəd hökumətinin hesablamalarına görə, müharibə, eləcə də Qərb koalisiyasının nümayəndələri tərəfindən Suriya neft və qazının oğurlanması nəticəsində ölkəyə 68 milyard dollar ziyan dəyib. Müqayisə üçün: bu pulla hər birində iki magistral olan yeddi Şimal axını tikmək olardı.
Qaz hasilatı da sutkada 21 milyon kubmetrdən 13 milyon kubmetrə qədər azalıb.
Ölkədə aşkar enerji qıtlığı müşahidə olunur. Baxmayaraq ki, Suriya energetikasının əsasını təşkil edən elektrik stansiyaları əzəldən yerli resurs stansiyalarına bağlanıb. Söhbət Deyr Əli, Tişrin, Nəsriyə, Jandar, Əl-Zara, Mehardeh və Hələb istilik stansiyalarından gedir. Sanksiyaların məngənəsində olan, təmir etmək imkanları məhdud olduğu üçün onlar fasilələrlə işləyir, əhalini qıcıqlandırır və onsuzda zəif çalışan sənayeyə dəstək verməkdə çətinlik çəkirdilər.
Ancaq sərmayə baxımından Suriyanın maraqsız olduğunu söyləmək olmaz. Orada vəziyyət sabitləşən kimi Rusiyanın "İnter RAO" Tişrin İES-də daha iki enerji blokunun tikintisini başa çatdırmaq üçün layihə üzərində işləyirdi. Amma nəticədə layihədən imtina edildi və əsas səbəb kimi resurs çatışmazlığı göstərildi. Sadəcə, yeni qazanları doldurmaq üçün yanacaq yox idi.
Əsəd Rusiyanın fəal vasitəçiliyi ilə Körfəz ölkələri ilə diplomatik münasibətləri bərpa edə bildi, və onlar da sərmayə qoymağa hazır idi,. Lakin bu xoş niyyətlər baş tutmadı, çünki o vaxt Körfəz ölkələri hələ də Vaşinqtondan çəkinir və əks sanksiyalardan ehtiyatlanırdı.
Bir sözlə, Bəşər Əsəd ideal dövlət lideri olmaya bilərdi. Ölkə kasıb və korrupsiyaya uğramış ola bilərdi. Amma belə bir şəraitdə Qərb siyasi ictimaiyyəti ölkədəki vəziyyəti ümidsiz iqtisadi, humanitar, enerji böhranına salmaqla ona canlanma şansı verməmək üçün əlindən gələni etdi. Əslində, Suriya sadəcə olaraq məhdudiyyətlər məngənəsində boğuldu. Belə vəziyyətdə kiçik bir təkan sistemi alt-üst etməyə kifayət idi.
Xəbər lenti
0