https://sputnik.az/20241210/nazir-mekteblerde-pul-yigilmasi-ile-bagli-iddialara-munasibet-bildirib-469323390.html
Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib
Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib
Sputnik Azərbaycan
Emin Əmrullayev deyib ki, Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə aparır. 10.12.2024, Sputnik Azərbaycan
2024-12-10T16:12+0400
2024-12-10T16:12+0400
2024-12-10T16:12+0400
pul
təhsil
emin əmrullayev
elm və təhsil nazirliyi
korrupsiya
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 10 dekabr — Sputnik. Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, burada iki məsələ xüsusi qeyd olunmalıdır: "Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və bu, dəfələrlə deyilib. Çünki təhsil sistemi böyükdür. Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmasının və müvafiq adamların müvafiq cəza almasının tərəfdarıyıq". Nazir qeyd edib ki, bir müəllimin və məktəbin belə fəaliyyətini bütün təhsil ocaqlarına şamil etmək düz yanaşma deyil. "Söhbət bir məktəbdən gedirsə, təbii ki, nəticə barədə ictimaiyyətə məlumat verilir. Hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübut olmadıqda, bunu təsdiq etmək çətindir. Bu halda cəza tədbiri görüləndə, direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Elm və Təhsil Nazirliyinin kimisə işdən çıxarmaq mövqeyi yoxdur" - E.Əmrullayev əlavə edib.
https://sputnik.az/20241210/mektebde-rusvetle-bagli-ses-yazisi-arasdirildi-ve-tesdiqini-tapdi-469314373.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
pul, emin əmrullayev, elm və təhsil nazirliyi, korrupsiya
pul, emin əmrullayev, elm və təhsil nazirliyi, korrupsiya
Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib
Emin Əmrullayev deyib ki, Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə aparır.
BAKI, 10 dekabr — Sputnik. Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, burada iki məsələ xüsusi qeyd olunmalıdır:
"Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və bu, dəfələrlə deyilib. Çünki təhsil sistemi böyükdür. Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmasının və müvafiq adamların müvafiq cəza almasının tərəfdarıyıq".
Nazir qeyd edib ki, bir müəllimin və məktəbin belə fəaliyyətini bütün təhsil ocaqlarına şamil etmək düz yanaşma deyil.
"Söhbət bir məktəbdən gedirsə, təbii ki, nəticə barədə ictimaiyyətə məlumat verilir. Hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübut olmadıqda, bunu təsdiq etmək çətindir. Bu halda cəza tədbiri görüləndə, direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Elm və Təhsil Nazirliyinin kimisə işdən çıxarmaq mövqeyi yoxdur" - E.Əmrullayev əlavə edib.