Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar 5 min manatadək cərimələnəcək

© Photo : Ministry of Taxescərimə
cərimə - Sputnik Azərbaycan, 1920, 10.12.2024
Abunə olmaq
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 602-4.1-ci maddəsində əksini tapıb.
BAKI, 10 dekabr — Sputnik. Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına görə 5 min manatadək cərimələr tətbiq ediləcək.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 602-4.1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına, yəni:
- Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi Azərbaycan Respublikasından kənarda kosmik obyekt üzərində əmlak hüququnu əldə edənədək bu barədə milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməməsinə;
- Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisinin kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməməsinə;
- Azərbaycan Respublikasından kənarda kosmik obyektin istehsalını sifariş etmiş Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi sifariş verdiyi andan 30 (otuz) gün müddətində bu barədə milli kosmik operatora yazılı məlumat verməməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, "Kosmik fəaliyyət haqqında" qanuna görə kosmik fəaliyyət – Yerətrafı orbitlər, habelə Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzanın texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekt vasitəsilə tədqiqi və istifadəsi, kosmik obyektin kosmik fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılmasıdır.
Kosmik obyekt – kosmik fəzaya çıxarılması nəzərdə tutulan və ya çıxarılmış kosmik aparat (peyk, kosmik gəmi), kosmik qurğu, raketdaşıyıcı, habelə kosmik aparatların və kosmik qurğuların öz funksiyalarını düzgün icra etməsi üçün nəzərdə tutulan digər avadanlıqdır.
Kosmik fəaliyyətin subyektləri – kosmik operatorlar, fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları).
Xəbər lenti
0