CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə cərimələr artırılır

© iStock.com / happy_larkBioloji aktiv qida
Bioloji aktiv qida - Sputnik Azərbaycan, 1920, 10.12.2024
Abunə olmaq
Qüvvədə olan qanunvericiliyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.
BAKI, 10 dekabr— Sputnik. "Bioloji fəallığa malik qida əlavəsi" anlayışı "Bioloji aktiv qida məhsulu" ilə əvəzlənir və həkim reseptinə yazılmasına görə cərimələr artırılır.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0