https://sputnik.az/20241210/azerbaycanda-pensiyalarla-bagli-yenilik-edilecek---resmi-aciqlama-469316099.html
Azərbaycanda pensiyalarla bağlı yenilik ediləcək - Rəsmi açıqlama
Azərbaycanda pensiyalarla bağlı yenilik ediləcək - Rəsmi açıqlama
Sputnik Azərbaycan
"Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub. 10.12.2024, Sputnik Azərbaycan
2024-12-10T11:50+0400
2024-12-10T11:50+0400
2024-12-10T12:07+0400
pensiya
azərbaycan xəbərləri
özəl pensiya fondları
sığorta
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933087_0:0:1920:1080_1920x0_80_0_0_13de92b0b9f1c2b5f51ff83f8cfd4705.jpg
BAKI, 10 dekabr — Sputnik. Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq. Sputnik Azərbaycan-ın "APA-Economics"ə istinadən məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub. Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır. Xatırladaq ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Bu fondlar əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Ekspertlərin fikrincə, qeyri-dövlət pensiya fondlarının yaranması rəqabəti formalaşdırmaqla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər. Sosial sığorta – fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. "Sosial sığorta haqqında" qanuna əsasən, məcburi dövlət sosial sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycanın qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933087_240:0:1680:1080_1920x0_80_0_0_8309b2792a412795333cc1cfcc3a0478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, özəl pensiya fondları, sığorta
pensiya, özəl pensiya fondları, sığorta
Azərbaycanda pensiyalarla bağlı yenilik ediləcək - Rəsmi açıqlama
11:50 10.12.2024 (Yenilənib: 12:07 10.12.2024) "Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
BAKI, 10 dekabr — Sputnik. Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq. Sputnik Azərbaycan-ın "APA-Economics"ə istinadən məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.
Xatırladaq ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Bu fondlar əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Ekspertlərin fikrincə, qeyri-dövlət pensiya fondlarının yaranması rəqabəti formalaşdırmaqla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.
Sosial sığorta – fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. "Sosial sığorta haqqında" qanuna əsasən, məcburi dövlət sosial sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycanın qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.