CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il hədiyyələrinin içinə bu məhsulları qoymaq olmaz! Agentlikdən xəbərdarlıq - VİDEO

© Sputnik / Zulfiyya GuluyevaYeni il hədiyyələri
Yeni il hədiyyələri - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Satıcı hədiyyə bağlamalarının qiymətinin 3 manat 50 qəpikdən başlayaraq 30 manata qədər dəyişdiyini söyləyib.
BAKI, 9 dekabr — Sputnik. Yeni il hədiyyələrinin qiyməti bahalaşmayıb, içərisindəki hədiyyələrin sayı azalıb.
Bunu Sputnik Azərbaycan-a Bakının Bibiheybət qəsəbəsində Yeni il hədiyyələrinin satışı ilə məşğul olan Cavad Nuriyev söyləyib. Onun sözlərinə görə, Yeni il hədiyyələri hazırlayan şirkətlər hədiyyə bağlamalarına qoyulan şirniyyatların sayını azaldıblar:

"Ötən il yeni il hədiyyələrinin içərisindəki məhsullar daha bol idi. Bu il istehsalçı şirkətlər hədiyyə bağlamalarının qiymətini əvvəlki kimi saxlasalar da, içərisinə qoyduqları şirniyyatların sayını azaldıblar. Bu da təbiidir. Çünki, əvvəl 50 qəpiyə satılan şokaladın bir ədədi indi 90 qəpikdir".

Bununla belə, o, üzərində istehsalçı ilə bağlı məlumat olan Yeni il hədiyyələrinin keyfiyyətli olduğunu söyləyib. Bildirib ki, hədiyyə bağlamalarının üzərində istehsalçı ilə bağlı məlumat varsa, həmin qutunun içərisindən vaxtı keçmiş məhsul çıxa bilməz. Çünki, istehsalçılar buna görə məsuliyyət daşıyırlar.
© Sputnik / Zulfiyya GuluyevaYeni il hədiyyələri
Yeni il hədiyyələri - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Yeni il hədiyyələri
Satıcı hədiyyə bağlamalarının qiymətinin 3 manat 50 qəpikdən başlayaraq 30 manata qədər dəyişdiyini söyləyib. Bildirib ki, karton qutularda olan Yeni il hədiyyələri daha ucuzdur. Ən bahalı hədiyyələr isə yeni il simvollarını əks etdirən qablaşdırmada olan hədiyyələrdir ki, onların qiyməti 12 manatdan 29-30 manatadək dəyişir.
Hazırda iri supermarketlərdə də Yeni il hədiyyələrinin satışına başlanılıb. Satıcılar məhsulların şirkətlərdən alındığını, içərisindəki məhsulların keyfiyyətli olduğunu söylədilər.
Məlumat üçün bildirək ki, Yeni il hədiyyələrinin içərisində neçə və hansı məhsulların olduğu qablaşdırmada öz əksini tapıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutularının seçilməsi və ya valideynlər tərəfindən hazırlanması zamanı diqqətli olmaq lazımdır. Belə ki, hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür.
Yeni il hədiyyə qutuları alarkən nələrə diqqət edək?
Qurumdan bildirilib ki, hədiyyə qutularının üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qutuların qablaşdırılma tarixidir. Ona görə də, istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, həmçinin istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Bununla yanaşı, Yeni il hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır.
© Sputnik / Zulfiyya GuluyevaYeni il hədiyyələri
Yeni il hədiyyələri - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Yeni il hədiyyələri
Bu məhsulları Yeni il hədiyyə bağlamalarına qoymaq olmaz!
Yadda saxlanılmalıdır ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoğurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir. Sadalananlarla yanaşı, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyəsi qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiq edən sənədləri tələb edə bilər. Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda, mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir. Eləcə də hədiyyə qutuları açılan zaman keyfiyyətsiz məhsullar aşkar edildiyi halda, ticarət yerlərində həmin məhsullar keyfiyyətlisi ilə dəyişdirilməlidir.
Qurumdan o da bildirilib ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir. Belə ki, valideynlər aldıqları məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına da diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və artıq çəkiyə səbəb ola bilər. Sadalananlardan çıxış edərək vətəndaşlardan xahiş edirik ki, Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə məlumat versinlər.
Xəbər lenti
0