Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Torpaqların icarə haqları aşağı düşə bilər

Torpaq - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar.
BAKI, 5 dekabr — Sputnik. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Belə ki, gələn aydan etibarən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Qeyd edilib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq.

"Belə ki, torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar. Digər tərəfdən, bu, sahibkarların xərcləri ilə yanaşı, torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18 faizlik vergi də nəzərə alınaraq, tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq, tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu, torpaqların icarə haqlarının aşağı düşməsinə səbəb ola bilər. Bütövlükdə, bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək", - deyə əlavə edilib.

Laçında şəhərdaxili yolların bərpası işləri - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Qarabağın dirçəlişi və reinteqrasiyası
Azad edilmiş ərazilərdə torpaqlar icarəyə veriləcək ?
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0