https://sputnik.az/20241209/tarixde-bu-gun-9-dekabr--foto-469247948.html
Tarixdə bu gün: 9 dekabr – FOTO
Tarixdə bu gün: 9 dekabr – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 09.12.2024, Sputnik Azərbaycan
2024-12-09T08:00+0400
2024-12-09T08:00+0400
2024-12-09T08:00+0400
dekabr
cəmiyyət
hollivud
hollivud ulduzu
hollivud aktyoru
bmt baş assambleyası
tarixdə bu gün
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1e/460974692_42:0:1158:628_1920x0_80_0_0_471652378a652c0193dd4fcb1684e799.jpg
BAKI, 9 dekabr — Sputnik. Dekabrın 9-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Dekabrın 9-da kimlər anadan olub? Klod Lui Bertolle (1748 - 1822) - fransız kimyaçısıdır. Onun əsas tədqiqatları qeyri-üzvi kimya, məhlullar və ərintilər kimyasına aiddir. O, xlorun ağardıcı xassəsini, bataqlıq qazını, ammonyakı tədqiq edib. Pyotr Kropotkin (1842 - 1921) - Rusiya inqilabçısı, coğrafiyaşünas və geomorfoloqdur. Onun ən tanınmış əsərləri "Çörəyin fəthi", "Tarlalar, fabriklər və seminarlar"dır. Hannes Kolehmaynen (1889 – 1966) - Fin atleti və dəfələrlə Olimpiya çempionudur. Cudi Denç (1934) – İngiltərə teatr və kino aktrisasıdır. O, "Oskar" və iki "Qızıl Qlobus" mükafatı laureatıdır. Kirk Duqlas (1916 – 2020) - Hollivudun "qızıl erası"nın ulduz aktyorudur. O, "Yaşamaq yanğısı" bioqrafik filmində Vinsent Van Qoq roluna görə "Qızıl Qlobus" mükafatı laureatıdır. Yekaterina Varnava (1984) - rusiyalı aktrisa və teleaparıcı, "Comedy Woman" şousunun iştirakçısı və xoreoqrafıdır. 9 dekabr tarixində dünyada baş verən tarixi hadisələr 1824-cü ildə Ayakuço döyüşündə ispan müstəmləkəçilərinin ordusu üzərində qələbə ilə Perunun müstəqilliyi təmin edilib. 1842-ci ildə İngiltərədə ilk Milad açıqcası buraxılıb. 1929-cu ildə Reologiya Cəmiyyəti yaradılıb (reologiya problemlərinə maraq göstərən fizikləri, kimyaçıları, bioloqları, mühəndisləri və riyaziyyatçıları birləşdirən qeyri-kommersiya elmi cəmiyyətdir). 1968-ci ildə amerikalı Duqlas Engelbart ilk dəfə özünün və ya laboratoriyasında ixtira etdiyi kompüter siçanı və hipermətni ictimaiyyətə nümayiş etdirib. 1991-ci ildə İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən sammitində Azərbaycan təşkilata tamhüquqlu üzv kimi qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub. 2015-ci ildə BMT Baş Assambleyası öz qətnaməsi ilə dekabrın 9-nu Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günü elan edilib. Bu günü keçirilməsində əsas məqsəd soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini bu ağır cinayətin təqsirkarlarının cəzalandırılması və onların qarşısının alınması məsələlərinə cəlb etməkdir. Bu tarix 1948-ci ildə Baş Assambleyanın "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı qəbul etməsi ilə əlaqədar seçilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1e/460974692_182:0:1019:628_1920x0_80_0_0_c29406343758ed2d51eedddcea43df51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dekabr, hollivud, hollivud ulduzu, hollivud aktyoru, bmt baş assambleyası, tarixdə bu gün
dekabr, hollivud, hollivud ulduzu, hollivud aktyoru, bmt baş assambleyası, tarixdə bu gün
Tarixdə bu gün: 9 dekabr – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 9 dekabr — Sputnik. Dekabrın 9-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 9-da kimlər anadan olub?
Klod Lui Bertolle (1748 - 1822) - fransız kimyaçısıdır. Onun əsas tədqiqatları qeyri-üzvi kimya, məhlullar və ərintilər kimyasına aiddir. O, xlorun ağardıcı xassəsini, bataqlıq qazını, ammonyakı tədqiq edib.
Pyotr Kropotkin (1842 - 1921) - Rusiya inqilabçısı, coğrafiyaşünas və geomorfoloqdur. Onun ən tanınmış əsərləri "Çörəyin fəthi", "Tarlalar, fabriklər və seminarlar"dır.
Hannes Kolehmaynen (1889 – 1966) - Fin atleti və dəfələrlə Olimpiya çempionudur.
Cudi Denç (1934) – İngiltərə teatr və kino aktrisasıdır. O, "Oskar" və iki "Qızıl Qlobus" mükafatı laureatıdır.
Kirk Duqlas (1916 – 2020) - Hollivudun "qızıl erası"nın ulduz aktyorudur. O, "Yaşamaq yanğısı" bioqrafik filmində Vinsent Van Qoq roluna görə "Qızıl Qlobus" mükafatı laureatıdır.
Yekaterina Varnava (1984) - rusiyalı aktrisa və teleaparıcı, "Comedy Woman" şousunun iştirakçısı və xoreoqrafıdır.
9 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1824-cü ildə Ayakuço döyüşündə ispan müstəmləkəçilərinin ordusu üzərində qələbə ilə Perunun müstəqilliyi təmin edilib.
1842-ci ildə İngiltərədə ilk Milad açıqcası buraxılıb.
1929-cu ildə Reologiya Cəmiyyəti yaradılıb (reologiya problemlərinə maraq göstərən fizikləri, kimyaçıları, bioloqları, mühəndisləri və riyaziyyatçıları birləşdirən qeyri-kommersiya elmi cəmiyyətdir).
1968-ci ildə amerikalı Duqlas Engelbart ilk dəfə özünün və ya laboratoriyasında ixtira etdiyi kompüter siçanı və hipermətni ictimaiyyətə nümayiş etdirib.
1991-ci ildə İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən sammitində Azərbaycan təşkilata tamhüquqlu üzv kimi qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub.
2015-ci ildə BMT Baş Assambleyası öz qətnaməsi ilə dekabrın 9-nu Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günü elan edilib. Bu günü keçirilməsində əsas məqsəd soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini bu ağır cinayətin təqsirkarlarının cəzalandırılması və onların qarşısının alınması məsələlərinə cəlb etməkdir. Bu tarix 1948-ci ildə Baş Assambleyanın "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı qəbul etməsi ilə əlaqədar seçilib.