Moda və ekologiya: Bakıda "Azerbaijan Fashion Week" başlayıb
Moda və ekologiya: Bakıda "Azerbaijan Fashion Week" başlayıb
Sputnik Azərbaycan
Kolleksiyalar Azərbaycan, Cənubi Koreya, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Özbəkistanın tanınmış dizaynerləri tərəfindən təqdim olunub. 09.12.2024, Sputnik Azərbaycan
BAKI, 9 dekabr — Sputnik. Bakıda müxtəlif ölkələrin dizaynerlərinin iştirakı ilə "Azerbaijan Fashion Week"in on yeddinci mövsümü başlayıb. Bu il ilk dəfə olaraq bu tədbir Bakı Beynəlxalq Dəniz Vağzalında keçirilir. Tədbir "YARADICI" Mədəniyyət və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzinin dəstəyi ilə təşkil olunub, baş informasiya tərəfdaşı isə məşhur "Hello" jurnalıdır. Azərbaycan, Cənubi Koreya, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Özbəkistandan olan məşhur dizaynerlər bu "Azerbaijan Fashion Week"də öz işlərini təqdim ediblər. "AFW 2024"ün rəsmi siması Paris yüksək moda həftəsi və Milandakı "Fashion Week"in nümayişlərinin iştirakçısı top model Via Lehmanndır. Tədbir təkcə modaya deyil, həm də COP29-da müzakirə edilən qlobal mövzularada həsr olunub. Bu kontekstdə dekabrın 9-da Moda Həftəsi çərçivəsində 2024-cü ilin may ayında keçirilən "Up-Cycle Jeans" müsabiqəsinin qalibləri nümayiş etdiriləcək. Ekoloji təmiz modanın təbliğinə yönəlmiş bu layihə gənc istedadlara təkrar emal edilmiş materiallardan hazırlanmış işlərini nümayiş etdirmək üçün unikal imkan yaradıb. Qaliblər “AFW” podiumunda öz kolleksiyalarını təqdim etmək imkanı və ilk kapsul geyim xətlərinin yaradılmasında dəstək də daxil olmaqla qiymətli mükafatlar qazanıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kolleksiyalar Azərbaycan, Cənubi Koreya, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Özbəkistanın tanınmış dizaynerləri tərəfindən təqdim olunub.
BAKI, 9 dekabr — Sputnik. Bakıda müxtəlif ölkələrin dizaynerlərinin iştirakı ilə "Azerbaijan Fashion Week"in on yeddinci mövsümü başlayıb. Bu il ilk dəfə olaraq bu tədbir Bakı Beynəlxalq Dəniz Vağzalında keçirilir.
Tədbir "YARADICI" Mədəniyyət və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzinin dəstəyi ilə təşkil olunub, baş informasiya tərəfdaşı isə məşhur "Hello" jurnalıdır.
Azərbaycan, Cənubi Koreya, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Özbəkistandan olan məşhur dizaynerlər bu "Azerbaijan Fashion Week"də öz işlərini təqdim ediblər.
"AFW 2024"ün rəsmi siması Paris yüksək moda həftəsi və Milandakı "Fashion Week"in nümayişlərinin iştirakçısı top model Via Lehmanndır.
Tədbir təkcə modaya deyil, həm də COP29-da müzakirə edilən qlobal mövzularada həsr olunub. Bu kontekstdə dekabrın 9-da Moda Həftəsi çərçivəsində 2024-cü ilin may ayında keçirilən "Up-Cycle Jeans" müsabiqəsinin qalibləri nümayiş etdiriləcək. Ekoloji təmiz modanın təbliğinə yönəlmiş bu layihə gənc istedadlara təkrar emal edilmiş materiallardan hazırlanmış işlərini nümayiş etdirmək üçün unikal imkan yaradıb. Qaliblər “AFW” podiumunda öz kolleksiyalarını təqdim etmək imkanı və ilk kapsul geyim xətlərinin yaradılmasında dəstək də daxil olmaqla qiymətli mükafatlar qazanıblar.