Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dietoloq qəhvəni yeməkdən sonra içməyi məsləhət görüb

© Sputnik / Murad OrujovKofe, arxiv
Kofe, arxiv - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Qəhvənin faydalı xüsusiyyətləri ondan ibarətdir ki, ödqovucu təsir göstərir, maddələr mübadiləsini sürətləndirir, iştahı azaldır.
BAKI, 9 dekabr — Sputnik. Qəhvəni ac qarına deyil, yeməkdən bir müddət sonra və ya yeməklər arasında içmək daha yaxşıdır. Çünki qəhvənin tərkibində qidadan bəzi faydalı maddələrin udulmasına mane ola biləcək antinutrientlər var.
Bunu dietoloq İnna Piçugina "RİA Novosti"yə bildirib.
"Ac mədəyə qəhvə içməyin. Kofein mədə şirəsinin turşuluğunu kəskin şəkildə artırır. Bundan əlavə, qəhvə "B" vitaminlərinin udulmasına mane ola biləcək antinutrientləri ehtiva edir. Yeməkdən bir müddət sonra qəhvə içmək daha yaxşıdır" – o qeyd edib.
Dietoloqun sözlərinə görə, antinutrientlər faydalı qida maddələrinin udulmasını azaldan təbii birləşmələrə - bəzi vitaminlər, maqnezium, kalsium, sink, dəmirə aiddir.
"Ancaq bundan qorxmamalısınız. Antinutrientlər bir çox bitki qidasında, məsələn, bütün taxıllarda, toxumlarda, paxlalı bitkilərdə, çayda var. Bəzi itkilər bədən tərəfindən bu məhsulların tərkibindəki digər faydalı maddələrlə kompensasiya olunur. Odur ki, tövsiyə olunan miqdarda qəhvə içmək bu içkinin həvəskarlarına zərər verməyəcək" - həmsöhbət əlavə edib.
"Qəhvənin faydalı xüsusiyyətləri ondan ibarətdir ki, ödqovucu təsir göstərir, maddələr mübadiləsini sürətləndirir, iştahı azaldır. Onu artıq çəki ilə mübarizə aparanlar, əgər müşayiət olunan hipertoniya, mədə, qalxanabənzər vəz və ya sinir sistemində problemlər yoxdursa, içə bilərlər. Təhlükəsiz bir doza 300 milliqrama qədər kofein, yəni əks göstərişlər olmadıqda gündə iki-üç fincan hesab olunur. Bununla belə, artıq qəhvə narahatlıq səviyyəsini artırır, yuxusuzluğa səbəb olur, orqanizmə susuzlaşdırıcı təsir göstərir və asılılıq yaradır" - Piçuqina sözünü yekunlaşdırıb.
Bundan əvvəl qəhvənin Alzhaymer xəstəliyini inkişaf riskini azaltmasıbarədə məlumat verilmişdi.
Xəbər lenti
0