https://sputnik.az/20241209/danisiqlarin-berpasi-barede-danismaq-hele-tezdir---smadiyarov-469282374.html
Danışıqların bərpası barədə danışmaq hələ tezdir - Smadiyarov
Danışıqların bərpası barədə danışmaq hələ tezdir - Smadiyarov
Sputnik Azərbaycan
"Astana prosesi" çərçivəsində Suriya üzrə son danışıqlar qarant ölkələrin tələbi ilə bu ilin yanvarın 24-25-də Qazaxıstanın paytaxtında keçirilib. 09.12.2024, Sputnik Azərbaycan
2024-12-09T12:03+0400
2024-12-09T12:03+0400
2024-12-09T12:14+0400
astana
dünya xəbərləri
suriya
proses
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/09/469281464_0:151:3104:1897_1920x0_80_0_0_cbad28912665d0bf3c7c38fb102339ef.jpg
BAKI, 9 dekabr — Sputnik. Suriya üzrə "Astana prosesi" çərçivəsində danışıqların bərpası barədə danışmaq hələ tezdir. Bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov RİA Novosti-yə bildirib. "Biz Suriyadakı vəziyyəti izləyirik", - Smadiyarov deyib. "Astana prosesi" çərçivəsində Suriya üzrə son danışıqlar qarant ölkələrin tələbi ilə bu ilin yanvarın 24-25-də Qazaxıstanın paytaxtında keçirilib. "Astana" formatına Suriya böhranının həlli prosesinin qarant ölkələri kimi Rusiya, İran, Türkiyə, habelə Suriyanın hökumət və müxalifət nümayəndələri, BMT və müşahidəçi ölkələr – İordaniya, Livan və İraq daxildir. Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildiriblər. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib. Daha sonra Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər, Rusiya humanitar əsaslarla onlara sığınacaq verib.Agentliyin həmsöhbəti həmçinin qeyd edib ki, Rusiya rəsmiləri Suriyadakı Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/09/469281464_188:0:2917:2047_1920x0_80_0_0_80faba185585105b4cb45d6334f64a4b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
astana, suriya, proses, danışıqlar
astana, suriya, proses, danışıqlar
Danışıqların bərpası barədə danışmaq hələ tezdir - Smadiyarov
12:03 09.12.2024 (Yenilənib: 12:14 09.12.2024) "Astana prosesi" çərçivəsində Suriya üzrə son danışıqlar qarant ölkələrin tələbi ilə bu ilin yanvarın 24-25-də Qazaxıstanın paytaxtında keçirilib.
BAKI, 9 dekabr — Sputnik. Suriya üzrə "Astana prosesi" çərçivəsində danışıqların bərpası barədə danışmaq hələ tezdir. Bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov RİA Novosti-yə bildirib.
"Biz Suriyadakı vəziyyəti izləyirik", - Smadiyarov deyib.
"Astana prosesi" çərçivəsində Suriya üzrə son danışıqlar qarant ölkələrin tələbi ilə bu ilin yanvarın 24-25-də Qazaxıstanın paytaxtında keçirilib. "Astana" formatına Suriya böhranının həlli prosesinin qarant ölkələri kimi Rusiya, İran, Türkiyə, habelə Suriyanın hökumət və müxalifət nümayəndələri, BMT və müşahidəçi ölkələr – İordaniya, Livan və İraq daxildir.
Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildiriblər. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib. Daha sonra Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər, Rusiya humanitar əsaslarla onlara sığınacaq verib.
Agentliyin həmsöhbəti həmçinin qeyd edib ki, Rusiya rəsmiləri Suriyadakı Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.