Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan filmi Beynəlxalq Kinofestivalda "Qran-Pri" qazanıb

© AP Photo / Julio CortezKinoplenka
Kinoplenka - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Kseniya Laqutinanın çəkdiyi film mühüm seçim etmək vəzifəsi ilə üzləşən insanların taleyindən bəhs edir.
BAKI, 9 dekabr — Sputnik. Azərbaycan rejissoru Kseniya Laqutinanın "Şalğam tarlasında torağaylar" adlı əsəri Tıva Respublikasının Kızıl şəhərində keçirilən Buddist Beynəlxalq Kinofestivalında "Qran- Priyə" layiq görülüb. Bu barədə Kinofestivalın prezidenti Vitali Petrov qeyd edib.
"III Buddist Beynəlxalq Kinofestivalının nəticələrinə yekun vurulub. "Qran-pri" rejissor Kseniya Laqutinanın çəkdiyi "Şalğam tarlasında torağaylar" filminə verilib. Rusiya Buddistlər Assambleyasının münsiflər heyətinə görə Hindistanın "Çay tərəfə qaç" filmi ən yaxşı film olub", - festivalın prezidenti vurğulayıb.
Laqutinanın əsəri mühüm seçim etmək vəzifəsi ilə üzləşən insanların taleyindən bəhs edir.
Kinofestivalın rəhbəri həmçinin qeyd edib ki, "ən yaxşı rejissor" nominasiyasının qalibi Tıvadan olan Orlan Oyun ("Sarbaşkınnar" filmi) olub, Qırğızıstanın "Yer" adlı filminə isə münsiflər heyətinin xüsusi mükafatı verilib.
Buddist Beynəlxalq Kinofestivalı 2022-ci ildən Tıva Respublikasının Kamba-lama regional hökuməti və idarəçiliyinin dəstəyi ilə Tıvada keçirilir.
2023-cü ildə müsabiqənin "Qran-pri" mükafatına qazaxıstanlı rejissor Məhəmməd Mamırbekov və Aziza Zairovanın rejissorluq etdiyi "Ana, mən sağam" filmi layiq görülüb.
2024-cü ildə festivalda iştirak etmək üçün doqquz ölkə - Rusiya, Belarus, Azərbaycan, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Hindistan və Nepal müraciət edib. Festivalın məqsədi kino vasitəsilə Buddist mədəniyyətinin inkişafını təbliğ etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0