https://sputnik.az/20241209/aile-bascisini-itirmeye-gore-nece-nefer-pensiya-ve-muavinet-alib-469307073.html
Ailə başçısını itirməyə görə neçə nəfər pensiya və müavinət alıb?
Ailə başçısını itirməyə görə neçə nəfər pensiya və müavinət alıb?
Sputnik Azərbaycan
Qeyd edək ki, şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ... 09.12.2024, Sputnik Azərbaycan
2024-12-09T20:41+0400
2024-12-09T20:41+0400
2024-12-09T20:41+0400
qoca
cəmiyyət
pensiya
müavinət
azərbaycan
dövlət sosial müdafiə fondu
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/05/469203957_0:156:3000:1844_1920x0_80_0_0_9ab1f4f3c5bfe42ea2d3e066f15f393e.jpg
BAKI, 9 dekabr — Sputnik. Bu ilin noyabr ayında ailə başçısını itirməyə görə 191,5 min şəxsə pensiya və müavinət ödənilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 135,8 mini pensiya, 55,7 mini isə müavinət alıb. Qeyd edək ki, şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ var. Başqa sözlə, əmək pensiyası əmək fəaliyyəti dövründə minimum staj tələbini və ya minimum kapital tələbini yerinə yetirən şəxslərə ödənilir. Sosial müavinət isə minimum stajı olan və ya heç vaxt işləməyən şəxslərə təyin olunur. Hazırda minimum pensiyanın məbləği 280 manat təşkil edir. Ailə başçısını itirməyə görə müavinət nədir? Bu müavinət ailə başçısının itirilməsinə görə ailədə əmək qabiliyyəti olmayan və pensiya almayan şəxslərə sosial yardım göstərilməsi məqsədilə dövlət tərəfindən verilən aylıq pul vəsaitidir. Müavinətin məbləği 120 manatdır. Müavinət plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Xatırladaq ki, əmək pensiyasının növləri bunlardır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Müavinətlərin növləri isə bunlardır: yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət və s.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/05/469203957_167:0:2834:2000_1920x0_80_0_0_c8f214367d4942b60bcbe291d7d9f892.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qoca, pensiya, müavinət, azərbaycan, dövlət sosial müdafiə fondu
qoca, pensiya, müavinət, azərbaycan, dövlət sosial müdafiə fondu
Ailə başçısını itirməyə görə neçə nəfər pensiya və müavinət alıb?
Qeyd edək ki, şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ var.
BAKI, 9 dekabr — Sputnik. Bu ilin noyabr ayında ailə başçısını itirməyə görə 191,5 min şəxsə pensiya və müavinət ödənilib.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 135,8 mini pensiya, 55,7 mini isə müavinət alıb.
Qeyd edək ki, şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ var. Başqa sözlə, əmək pensiyası əmək fəaliyyəti dövründə minimum staj tələbini və ya minimum kapital tələbini yerinə yetirən şəxslərə ödənilir. Sosial müavinət isə minimum stajı olan və ya heç vaxt işləməyən şəxslərə təyin olunur. Hazırda minimum pensiyanın məbləği 280 manat təşkil edir.
Ailə başçısını itirməyə görə müavinət nədir?
Bu müavinət ailə başçısının itirilməsinə görə ailədə əmək qabiliyyəti olmayan və pensiya almayan şəxslərə sosial yardım göstərilməsi məqsədilə dövlət tərəfindən verilən aylıq pul vəsaitidir. Müavinətin məbləği 120 manatdır. Müavinət plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir.
Xatırladaq ki, əmək pensiyasının növləri bunlardır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası.
Müavinətlərin növləri isə bunlardır: yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət və s.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.