DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna Rusiya ilə razılaşmaq istəyir - Tramp Zelenski ilə görüşdən sonra açıqladı

© Sarah Meyssonnier / Pool via APDonald Tramp, Emmanuel Makron və Vladimir Zelenski
Donald Tramp, Emmanuel Makron və Vladimir Zelenski - Sputnik Azərbaycan, 1920, 08.12.2024
Abunə olmaq
Suriya Prezidenti Bəşər Əsədin ölkədən qaçdığını açıqlayan Trampa görə, əvvəllər Əsədi dəstəkləyən Rusiya onun müdafiəsinə marağını itirib.
BAKI, 8 dekabr - Sputnik. Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə razılaşmaq istəyir.
Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” sosial mediadakı paylaşımında yazıb.
ABŞ-ın yeni seçilmiş prezidenti ölkələri dərhal atəşkəs və danışıqlara çağırıb. Trampın bəyanatı dünən Parisdə Zelenski və Makronla görüşündən sonra verilib.
Suriya Prezidenti Bəşər Əsədin ölkədən qaçdığını açıqlayan Trampa görə, əvvəllər Əsədi dəstəkləyən Rusiya onun müdafiəsinə marağını itirib: “[Rusiya Prezidenti] Vladimir Putin tərəfindən idarə olunan Rusiya artıq Əsədi müdafiə etməkdə maraqlı deyil. Onların əvvəldən Suriyada olmağa heç bir səbəbi yox idi. İndi onlar Ukraynada müharibə səbəbindən maraqlarını tamamilə itiriblər".
Tramp qeyd edib ki, 400 min əsgərini itirmiş Ukrayna danışıqlara hazırdır və münaqişənin dayandırılmasına can atır.
“Həddindən artıq çox həyat əbəs yerə itirilib, həddindən artıq çox ailə dağılıb. Əgər bu davam edərsə, nəticələr daha pis ola bilər” - Tramp dərhal atəşkəs və danışıqların başlanmasına çağırış edib.
“Vladimiri (Putini - red.) yaxşı tanıyıram. İndi hərəkət zamanıdır. Çin də kömək edə bilər. Dünya gözləyir!” – o, vurğulayıb.
Qeyd edək ki, Tramp hazırda Fransadadır. O, Parisdə yanğından sonra yenidən inşa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak edib. Orada bir sıra ölkələrin liderləri ilə görüşüb.
Xəbər lenti
0