https://sputnik.az/20241208/tarixde-bu-gun-8-dekabr--foto-469243017.html
Tarixdə bu gün: 8 dekabr – FOTO
Tarixdə bu gün: 8 dekabr – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T08:09+0400
2024-12-08T08:09+0400
2024-12-08T08:09+0400
dekabr
cəmiyyət
tarixdə bu gün
rəssam
moskva
rusiya
belarus
belarus
saziş
müstəqil dövlətlər birliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1e/460974670_42:0:1158:628_1920x0_80_0_0_4f0fc1f75812425ed4915e02729e65b6.jpg
BAKI, 8 dekabr — Sputnik. Dekabrın 8-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Dekabrın 8-də kimlər anadan olub? Tamilla Şirəliyeva (1946) - Azərbaycan balerinası, pedaqoq, baletmeyster və Azərbaycan SSR xalq artistidir. O, "Yeddi gözəl", "Qız qalası", "Min bir gecə", "Qu gölü" və s. baletlərdə rol alıb. Meri Stüart (1542-1587) - Şotlandiya (1561-1567) və Fransa (1559-1560) Kraliçasıdır. Anatoli Durov (1864-1916) - Rusiya klounu və heyvan təlimçisidir. Rəsmi Cəbrayılov (1932-2022) - Rusiya teatr və kino aktyoru, teatr rejissoru və RSFSR-in əməkdar artistidir. Aktyor uzun illər Azərbaycanda yaşayıb. Alisa Freindlix (1934) - Rusiya teatr və kino aktrisası, SSRİ xalq artistidir. O, "Zolaqlı reys", "Bitməyən əhvalat", "İşdə məhəbbət macərası", "Üç muşketyor", "Uğur" və s. filmlərdə rol alıb. Dharmendra (1935) - hind aktyoru, kino prodüser və siyasətçidir. Onun əsl adı Dharam Sinqh Deoldur. Yevgeni Steblov (1945) - rusiyalı teatr və kino aktyoru, Rusiyanın xalq artistidir. O, "Ədəbiyyat dərsi", "Qara kloun", "Manyakların konfransı", "Dinləyici" və s. filmlərdə bir çox obrazları canlandırıb. Kim Besincer (1953) - amerikalı aktrisa və modeldir. O, "Oskar" mükafatı laureatıdır. Aleksandr Vasilyev (1958) – Rusiya moda tarixçisi, sənətşünas, kolleksiyaçı, teatr rəssamı və teleaparıcıdır. Şineyd O'Konnor (1966-2023) - irlandiyalı vokalist və bəstəkardır. Onun əsl adı Şuhada Sadaqatdır. Niki Minaj (1982) - ABŞ müğənnisi, reper, müğənni-bəstəkar və aktrisadır. 8 dekabr tarixində dünyada baş verən tarixi hadisələr 1963-cü ildə ABŞ-ın Merilend ştatının Elkton şəhərində "Pan American" şirkətinin "Boeing 707" təyyarəsi ildırım vurması nəticəsində qəzaya uğrayıb. 81 nəfər həlak olub. Bu hadisə ən ölümcül ildırım kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. 1991-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Belovej sazişi imzalanıb. 1999-cu ildə Moskvada Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalanıb. 2007-ci ildə "Dünya Xalqları Sənəti" Beynəlxalq Assosiasiyası tərəfindən Beynəlxalq Rəssamlar Günü təsis edilib.
belarus
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1e/460974670_182:0:1019:628_1920x0_80_0_0_fe995e6c0543ad89f4cb1eb09db2149d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
dekabr, tarixdə bu gün , rəssam, moskva, rusiya, belarus, belarus, saziş, müstəqil dövlətlər birliyi
dekabr, tarixdə bu gün , rəssam, moskva, rusiya, belarus, belarus, saziş, müstəqil dövlətlər birliyi
Tarixdə bu gün: 8 dekabr – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 8 dekabr — Sputnik. Dekabrın 8-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 8-də kimlər anadan olub?
Tamilla Şirəliyeva (1946) - Azərbaycan balerinası, pedaqoq, baletmeyster və Azərbaycan SSR xalq artistidir. O, "Yeddi gözəl", "Qız qalası", "Min bir gecə", "Qu gölü" və s. baletlərdə rol alıb.
Meri Stüart (1542-1587) - Şotlandiya (1561-1567) və Fransa (1559-1560) Kraliçasıdır.
Anatoli Durov (1864-1916) - Rusiya klounu və heyvan təlimçisidir.
Rəsmi Cəbrayılov (1932-2022) - Rusiya teatr və kino aktyoru, teatr rejissoru və RSFSR-in əməkdar artistidir. Aktyor uzun illər Azərbaycanda yaşayıb.
Alisa Freindlix (1934) - Rusiya teatr və kino aktrisası, SSRİ xalq artistidir. O, "Zolaqlı reys", "Bitməyən əhvalat", "İşdə məhəbbət macərası", "Üç muşketyor", "Uğur" və s. filmlərdə rol alıb.
Dharmendra (1935) - hind aktyoru, kino prodüser və siyasətçidir. Onun əsl adı Dharam Sinqh Deoldur.
Yevgeni Steblov (1945) - rusiyalı teatr və kino aktyoru, Rusiyanın xalq artistidir. O, "Ədəbiyyat dərsi", "Qara kloun", "Manyakların konfransı", "Dinləyici" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Kim Besincer (1953) - amerikalı aktrisa və modeldir. O, "Oskar" mükafatı laureatıdır.
Aleksandr Vasilyev (1958) – Rusiya moda tarixçisi, sənətşünas, kolleksiyaçı, teatr rəssamı və teleaparıcıdır.
Şineyd O'Konnor (1966-2023) - irlandiyalı vokalist və bəstəkardır. Onun əsl adı Şuhada Sadaqatdır.
Niki Minaj (1982) - ABŞ müğənnisi, reper, müğənni-bəstəkar və aktrisadır.
8 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1963-cü ildə ABŞ-ın Merilend ştatının Elkton şəhərində "Pan American" şirkətinin "Boeing 707" təyyarəsi ildırım vurması nəticəsində qəzaya uğrayıb. 81 nəfər həlak olub. Bu hadisə ən ölümcül ildırım kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
1991-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Belovej sazişi imzalanıb.
1999-cu ildə Moskvada Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalanıb.
2007-ci ildə "Dünya Xalqları Sənəti" Beynəlxalq Assosiasiyası tərəfindən Beynəlxalq Rəssamlar Günü təsis edilib.