DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriya Prezidenti Bəşər Əsədin Dəməşqdəki sarayı talan edilib - FOTOLAR

© AP Photo / Hussein MallaSuriyada Bəşər Əsədin iqamətgahı
Suriyada Bəşər Əsədin iqamətgahı - Sputnik Azərbaycan, 1920, 08.12.2024
Abunə olmaq
Ağ Evdə Suriya prezidenti Bəşər Əsədin harada olduğu barədə məlumat yoxdur.
BAKI, 8 dekabr - Sputnik. Suriya Prezidenti Bəşər Əsədin Dəməşqdə talan edilmiş sarayından görüntülər yayılıb.
Qərb mediasınını yaydığı məlumata görə, talandan əvvəl sarayda yanğın da törədilib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Hümsü ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
Vaşinqton administrasiyasında vəzifəsindən istefa vermiş Suriya prezidenti Bəşər Əsədin harada olduğu barədə məlumat yoxdur.
"Ağ Ev CBS telekanalına bildirib ki, Əsədin harada olması barədə heç bir məlumatı yoxdur" - CBS telekanalının məlumatında deyilir.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett bildirib ki, ABŞ prezidenti Co Bayden Suriyadakı vəziyyətin inkişafını diqqətlə izləyir.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan da Bəşər Əsədin harada olduğunu bilmədiklərini açıqlayıb.
Qərb KİV-ləri Əsədi daşıyan təyyarənin Aralıq dənizi üzərində radarlardan itdiyi, onun həlak ola biləcəyi barədə müəmmalı məlumatlar yayıb.
Xəbər lenti
0