Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dekabrın 9-da hava pis olacaq, magistral yollarda görünüş məsafəsi azalacaq

© Sputnik / Rahim MuradovTalış meşələrinin gecikən qızıl payızı
Talış meşələrinin gecikən qızıl payızı - Sputnik Azərbaycan, 1920, 08.12.2024
Abunə olmaq
Rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
BAKI, 8 dekabr — Sputnik. Dekabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Dekabrın 9-da gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Dekabrın 9-da Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Dekabrın 8-nə olan hava proqnozu
Bakıda və rayonlarda dekabrın 8-də hava şəratinin bəzi yerlərdə fasilələrlə yağışlı, qısamüddətli leysan xarakterli olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Xəbər lenti
0