https://sputnik.az/20241208/ran-xn-suriyada-bas-verenlerle-bagli-beyanat-yayib-469270262.html
İran XİN Suriyada baş verənlərlə bağlı bəyanat yayıb
İran XİN Suriyada baş verənlərlə bağlı bəyanat yayıb
Sputnik Azərbaycan
İran Suriyada baş verənləri diqqətlə izlədiyini, aparıcı oyunçuların bu ölkənin siyasi həyatı və təhlükəsizliyinin təminatındakı fəaliyyətini nəzərə alaraq... 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T19:23+0400
2024-12-08T19:23+0400
2024-12-08T20:15+0400
dünya xəbərləri
iran
suriya
suriya prezidenti bəşər əsəd
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426902131_0:28:3061:1750_1920x0_80_0_0_3863fb5f94c668a5678f0a041724aa66.jpg
BAKI, 8 dekabr - Sputnik. İranın Xarici İşlər Nazirliyi Suriyada baş verənlərlə bağlı bəyanat yayıb.Qurumun "X" səhifəsində yerləşdirilən mətndə rəsmi Tehranın Suriyanın bölünməzliyi, milli suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə edilirİran XİN həmçinin, adıçəkilən ölkənin gələcək taleyinin müəyyənləşdirilməsi hüququnun bilavasitə xalqa məxsus olduğu, kənar müdaxilənin isə yolverilməzliyi bildirilir:"Bu məqsədə nail olunması üçün hərbi münaqişəyə son qoyulması, terror fəaliyyətinin qarşısının alınması və inklüziv idarəetmə strukturunun formalaşdırılması üçün Suriya cəmiyyətinin bütün üzvlərinin iştirakı ilə dialoqa başlamaq vacibdir".Nazirliyin bəyanatında İranın BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi də daxil olmaqla, Suriyada siyasi proseslərin icrasına yönələn bütün mexanizmlərin dəstəkləndiyi xüsusi qeyd edilir. O da xüsusilə vurğulanır ki, belə həssas bir dönəmdə Suriya əhalisinin və ölkədəki əcnəbilərin, eləcə də xarici dövlətlərin diplomatik missiyalarının təhlükəsizliyinin təminatı və beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi böyük əhəmiyyətə malikdir:"İran İslam Respublikası Qərbi Asiyanın önəmli və nüfuzlu dövləti olan Suriyanın rolunu qeyd edir və bu ölkədə təhlükəsizlik və sabitliyin bərqərarı üçün səy göstərilməsindən çəkinməyəcəyini bəyan edir. Bu məqsədlə biz xüsusilə regiondakı nüfuzlu tərəflərlə məsləhətləşmələri davam etdirəcəyik".Bəyanatın mətnində İran tərəfinin Suriyada baş verənləri diqqətlə izlədiyi və aparıcı oyunçuların bu ölkənin siyasi həyatında və təhlükəsizliyinin təminatındakı fəaliyyətini nəzərə alaraq, ehtiyac olduqda müvafiq yanaşmaların tətbiq ediləcəyi diqqətə çatdırılıb.Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər. Onlar hökumət binalarını və rəsmi dövlət telekanalının redaksiyasını tutublar.Suriyanın ədliyyə naziri Əhməd Səid respublikada hakimiyyətin ötürülməsinin problemsiz həyata keçəcəyini bildirib. Al Arabiya televiziyasına açıqlamasında nazir "siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426902131_176:0:2907:2048_1920x0_80_0_0_2a1c2a0ac8e879ea2da812105952d0ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, suriya, suriya prezidenti bəşər əsəd
iran, suriya, suriya prezidenti bəşər əsəd
İran XİN Suriyada baş verənlərlə bağlı bəyanat yayıb
19:23 08.12.2024 (Yenilənib: 20:15 08.12.2024) İran Suriyada baş verənləri diqqətlə izlədiyini, aparıcı oyunçuların bu ölkənin siyasi həyatı və təhlükəsizliyinin təminatındakı fəaliyyətini nəzərə alaraq, ehtiyac olduqda müvafiq yanaşmalar tətbiq edəcəyini bildirib.
BAKI, 8 dekabr - Sputnik. İranın Xarici İşlər Nazirliyi Suriyada baş verənlərlə bağlı bəyanat yayıb.
Qurumun "X" səhifəsində yerləşdirilən mətndə rəsmi Tehranın Suriyanın bölünməzliyi, milli suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə edilir
İran XİN həmçinin, adıçəkilən ölkənin gələcək taleyinin müəyyənləşdirilməsi hüququnun bilavasitə xalqa məxsus olduğu, kənar müdaxilənin isə yolverilməzliyi bildirilir:
"Bu məqsədə nail olunması üçün hərbi münaqişəyə son qoyulması, terror fəaliyyətinin qarşısının alınması və inklüziv idarəetmə strukturunun formalaşdırılması üçün Suriya cəmiyyətinin bütün üzvlərinin iştirakı ilə dialoqa başlamaq vacibdir".
Nazirliyin bəyanatında İranın BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi də daxil olmaqla, Suriyada siyasi proseslərin icrasına yönələn bütün mexanizmlərin dəstəkləndiyi xüsusi qeyd edilir. O da xüsusilə vurğulanır ki, belə həssas bir dönəmdə Suriya əhalisinin və ölkədəki əcnəbilərin, eləcə də xarici dövlətlərin diplomatik missiyalarının təhlükəsizliyinin təminatı və beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi böyük əhəmiyyətə malikdir:
"İran İslam Respublikası Qərbi Asiyanın önəmli və nüfuzlu dövləti olan Suriyanın rolunu qeyd edir və bu ölkədə təhlükəsizlik və sabitliyin bərqərarı üçün səy göstərilməsindən çəkinməyəcəyini bəyan edir. Bu məqsədlə biz xüsusilə regiondakı nüfuzlu tərəflərlə məsləhətləşmələri davam etdirəcəyik".
Bəyanatın mətnində İran tərəfinin Suriyada baş verənləri diqqətlə izlədiyi və aparıcı oyunçuların bu ölkənin siyasi həyatında və təhlükəsizliyinin təminatındakı fəaliyyətini nəzərə alaraq, ehtiyac olduqda müvafiq yanaşmaların tətbiq ediləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər. Onlar hökumət binalarını və rəsmi dövlət telekanalının redaksiyasını tutublar.
Suriyanın ədliyyə naziri Əhməd Səid respublikada hakimiyyətin ötürülməsinin problemsiz həyata keçəcəyini bildirib. Al Arabiya televiziyasına açıqlamasında nazir "siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.
Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.