https://sputnik.az/20241208/politoloq-azer-qasimli-saxlanildi---dn-tesdiqledi-469263107.html
Politoloq Azər Qasımlının saxlanma səbəbi açıqlandı
Politoloq Azər Qasımlının saxlanma səbəbi açıqlandı
Sputnik Azərbaycan
Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir. 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T16:00+0400
2024-12-08T16:00+0400
2024-12-08T17:15+0400
cəmiyyət
din
din mətbuat xidməti
azər qasımov
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/08/469267616_171:0:2048:1056_1920x0_80_0_0_b8f171f65470f6524bb5e0a3937f1e21.jpg
BAKI, 8 dekabr - Sputnik. Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb."O, Cinayət Məcəlləsinin 182.2.3 maddəsi (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) ilə təqsirli bilinir" - Aqil Layıc bildirib. ***Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə politoloqun həyat yoldaşı Samirə Qasımlı Turan agentliyinə bildirib. “Azər səhər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı mən götürüm. Səbəbini soruşduqda, o, sadəcə, “özün bilirsən” dedi və əlaqə kəsildi” - Samirə Qasımlı bildirib.Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.DİN-in Mətbuat Xidməti Azər Qasımlının saxlanıldığını təsdiqləyib. "Onun saxlanılmasına səbəb barəsində edilən müraciət olub" - deyə vurğulayan DİN-in Mətbuat Xidməti Azər Qasımlının yenidən araşdırmaya çağırıldığını bildirib. Qeyd edək ki, noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.A.Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında və müsahibələrində son bir ildə jurnalistlərin və fəalların həbslərinin yeni dalğasını Azərbaycanın xarici siyasətində Kremllə yaxınlaşma istiqamətində dönüşlə əlaqələndirib.Azər Qasımlı daha əvvəl Respublikaçı Alternativ Hərəkatının (ReAl) sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/08/469267616_500:0:1908:1056_1920x0_80_0_0_22f6b6d13aed0533c90d53de61c4249b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, din mətbuat xidməti, azər qasımov
din, din mətbuat xidməti, azər qasımov
Politoloq Azər Qasımlının saxlanma səbəbi açıqlandı
16:00 08.12.2024 (Yenilənib: 17:15 08.12.2024) Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.
BAKI, 8 dekabr - Sputnik. Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.
Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.
"O, Cinayət Məcəlləsinin 182.2.3 maddəsi (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) ilə təqsirli bilinir" - Aqil Layıc bildirib.
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə politoloqun həyat yoldaşı Samirə Qasımlı Turan agentliyinə bildirib.
“Azər səhər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı mən götürüm. Səbəbini soruşduqda, o, sadəcə, “özün bilirsən” dedi və əlaqə kəsildi” - Samirə Qasımlı bildirib.
Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.
DİN-in Mətbuat Xidməti Azər Qasımlının saxlanıldığını təsdiqləyib.
"Onun saxlanılmasına səbəb barəsində edilən müraciət olub" - deyə vurğulayan DİN-in Mətbuat Xidməti Azər Qasımlının yenidən araşdırmaya çağırıldığını bildirib.
Qeyd edək ki, noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.
A.Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında və müsahibələrində son bir ildə jurnalistlərin və fəalların həbslərinin yeni dalğasını Azərbaycanın xarici siyasətində Kremllə yaxınlaşma istiqamətində dönüşlə əlaqələndirib.
Azər Qasımlı daha əvvəl Respublikaçı Alternativ Hərəkatının (ReAl) sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü olub.