https://sputnik.az/20241208/ogrular-2-min-piroq-olan-mikroavtobusu-ogurlayaraq-sirniyyati-yararsiz-hala-saliblar-469197851.html
Oğrular 2 min piroq olan mikroavtobusu oğurlayaraq şirniyyatı yararsız hala salıblar
Oğrular 2 min piroq olan mikroavtobusu oğurlayaraq şirniyyatı yararsız hala salıblar
Sputnik Azərbaycan
İngiltərədə oğrular qiyməti baha olan 2,5 min ədəd Milad piroqlarını oğurlayaraq qaçıblar. 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T10:18+0400
2024-12-08T10:18+0400
2024-12-08T10:18+0400
oğurluq
dünya xəbərləri
böyük britaniya
ingiltərə
oğru
şübhəli şəxs
piroq
şirniyyat
mikroavtobus
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460993478_0:109:2124:1304_1920x0_80_0_0_312939dd216a48f2266c68ec8951d470.jpg
BAKI, 8 dekabr — Sputnik. Böyük Britaniyada oğurlanan bir neçə min ədəd bahalı piroqu hazırlayan aşpaz işin nəticəsindən məyus olub: piroqlar yararsız hala salınıb. Bu barədə xarici KİV məlumat yayıb. İki restoranın sahibi Tommi Benks və aşpaz dekabrın 2-də sosial şəbəkələrdəki səhifələrində naməlum şəxslərin Yorkda Milad yarmarkasına getməyi nəzərdə tutulan imzalı bahalı piroqlarla dolu olan mikroavtobusu oğurladığını bildirib. O bildirib ki, mikroavtobusun içərisində ümumi dəyəri təxminən 25 min funt-sterlinq (3,3 milyon rubl) olan 2,5 min piroq olub. Bunlar iki növ içliliyi olan kiçik şəkərli piroqlardır - mal əti ilə el (pivə növü), hinduşka ilə balqabaq. Benks polisə müraciət edərək həmçinin oğrulara belə müraciət edib. "Bu piroqlarla heç nə edə bilməzsiniz, çünki onların üzərində mənim adım qeyd edilib. Bilirəm ki, siz cinayətkarsınız, ancaq Milad bayramı yaxınlaşdığına görə bəlkə özünüzdə yaxşı bir şey etmək üçün güc toplaya bilərsiniz. Oğurladığınız piroqlarla bir neçə min insanı yedizdirə bilərik. Doğru olanı edin", Benks qeyd edib. Lakin oğrular Benksın istəyinə cavab verməyiblər. Dekabrın 3-də mikroavtobus Midlsboro şəhərində, oğurluq hadisəsi baş verən yerdən təxminən 50 kilometr aralıda, oğurlanmış nömrə nişanları ilə tapılıb. Mikroavtobusun özü zədələnib. Oğrular mikroavtobusun içərisində "istehlak üçün yararsız" olan piroqları atıb qaçıblar. Hazırda polis araşdırmalarını davam etdirir və hələlik heç bir şübhəli şəxs müəyyən edilməyib. Bu yaxınlarda bildirilib ki, ingiltərənin aparıcı pendir satışı şirkətindən 950 baş çeddar - 22 ton seçilmiş pendir oğurlanıb. Artıq bir şübhəli şəxs həbs edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460993478_121:0:2004:1412_1920x0_80_0_0_8a37d61bc9cd67dfa98e023af4a9ecc0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oğurluq, böyük britaniya, ingiltərə, oğru, şübhəli şəxs, piroq, şirniyyat, mikroavtobus
oğurluq, böyük britaniya, ingiltərə, oğru, şübhəli şəxs, piroq, şirniyyat, mikroavtobus
Oğrular 2 min piroq olan mikroavtobusu oğurlayaraq şirniyyatı yararsız hala salıblar
İngiltərədə oğrular qiyməti baha olan 2,5 min ədəd Milad piroqlarını oğurlayaraq qaçıblar.
BAKI, 8 dekabr — Sputnik. Böyük Britaniyada oğurlanan bir neçə min ədəd bahalı piroqu hazırlayan aşpaz işin nəticəsindən məyus olub: piroqlar yararsız hala salınıb.
Bu barədə xarici KİV məlumat yayıb.
İki restoranın sahibi Tommi Benks və aşpaz dekabrın 2-də sosial şəbəkələrdəki səhifələrində naməlum şəxslərin Yorkda Milad yarmarkasına getməyi nəzərdə tutulan imzalı bahalı piroqlarla dolu olan mikroavtobusu oğurladığını bildirib. O bildirib ki, mikroavtobusun içərisində ümumi dəyəri təxminən 25 min funt-sterlinq (3,3 milyon rubl) olan 2,5 min piroq olub.
Bunlar iki növ içliliyi olan kiçik şəkərli piroqlardır - mal əti ilə el (pivə növü), hinduşka ilə balqabaq. Benks polisə müraciət edərək həmçinin oğrulara belə müraciət edib.
"Bu piroqlarla heç nə edə bilməzsiniz, çünki onların üzərində mənim adım qeyd edilib. Bilirəm ki, siz cinayətkarsınız, ancaq Milad bayramı yaxınlaşdığına görə bəlkə özünüzdə yaxşı bir şey etmək üçün güc toplaya bilərsiniz. Oğurladığınız piroqlarla bir neçə min insanı yedizdirə bilərik. Doğru olanı edin", Benks qeyd edib.
Lakin oğrular Benksın istəyinə cavab verməyiblər. Dekabrın 3-də mikroavtobus Midlsboro şəhərində, oğurluq hadisəsi baş verən yerdən təxminən 50 kilometr aralıda, oğurlanmış nömrə nişanları ilə tapılıb. Mikroavtobusun özü zədələnib. Oğrular mikroavtobusun içərisində "istehlak üçün yararsız" olan piroqları atıb qaçıblar. Hazırda polis araşdırmalarını davam etdirir və hələlik heç bir şübhəli şəxs müəyyən edilməyib.
Bu yaxınlarda bildirilib ki, ingiltərənin aparıcı pendir satışı şirkətindən 950 baş çeddar - 22 ton seçilmiş pendir oğurlanıb. Artıq bir şübhəli şəxs həbs edilib.