https://sputnik.az/20241208/muxalifet-demesqi-ele-kecirib-beser-esed-olkeni-terk-edib-469259871.html
Müxalifət Dəməşqi ələ keçirib, Bəşər Əsəd ölkəni tərk edib
Müxalifət Dəməşqi ələ keçirib, Bəşər Əsəd ölkəni tərk edib
Sputnik Azərbaycan
Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb. 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T08:36+0400
2024-12-08T08:36+0400
2024-12-08T13:12+0400
dünya xəbərləri
bəşər əsəd
suriya prezidenti bəşər əsəd
dəməşq
müxalifət
https://cdnn1.img.sputnik.az/img/41423/25/414232578_0:0:962:541_1920x0_80_0_0_049f34cb402edf3ee9faa742404430c9.jpg
BAKI, 8 dekabr - Sputnik. Suriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edir.Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb. Qeyd olunur ki, müxalifət qüvvələri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.Məhəmməd Qazi əl-Cəlali əlavə edib ki, dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək.“Reuters” isə xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.***Suriyanın paytaxtı Dəməşq şəhərində güclü atışma səsləri eşidilir.Bu barədə “Reuters” yerli sakinlərə istinadən məlumat yayıb.Atışma səslərinin şəhərin hansı hissəsindən gəldiyi hələlik bəlli deyil.Bu barədə “CNN” bəzi Amerika rəsmilərinə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd gələn həftə hakimiyyətini itirə bilər. Qeyd olunub ki, ABŞ administrasiyasında belə bir ssenarinin getdikcə daha inandırıcı olması ilə bağlı artan konsensus var.Dəməşq Beynəlxalq Hava Limanı təyyarələrin qəbulunu və göndərilməsini dayandırıb (Report).
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41423/25/414232578_0:0:722:541_1920x0_80_0_0_fdfb06bb61e6c29e3eb04fccdf7af3c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bəşər əsəd, suriya prezidenti bəşər əsəd, dəməşq, müxalifət
bəşər əsəd, suriya prezidenti bəşər əsəd, dəməşq, müxalifət
Müxalifət Dəməşqi ələ keçirib, Bəşər Əsəd ölkəni tərk edib
08:36 08.12.2024 (Yenilənib: 13:12 08.12.2024) Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.
BAKI, 8 dekabr - Sputnik. Suriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edir.
Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Qeyd olunur ki, müxalifət qüvvələri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.
Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.
Məhəmməd Qazi əl-Cəlali əlavə edib ki, dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək.
“Reuters” isə xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.
Suriyanın paytaxtı Dəməşq şəhərində güclü atışma səsləri eşidilir.
Bu barədə “Reuters” yerli sakinlərə istinadən məlumat yayıb.
Atışma səslərinin şəhərin hansı hissəsindən gəldiyi hələlik bəlli deyil.
Bu barədə “CNN” bəzi Amerika rəsmilərinə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd gələn həftə hakimiyyətini itirə bilər. Qeyd olunub ki, ABŞ administrasiyasında belə bir ssenarinin getdikcə daha inandırıcı olması ilə bağlı artan konsensus var.
Dəməşq Beynəlxalq Hava Limanı təyyarələrin qəbulunu və göndərilməsini dayandırıb (Report).