https://sputnik.az/20241208/kreml-trampin-ukrayna-ile-bagli-tekliflerine-reaksiya-verdi-469269837.html
Kreml Trampın Ukrayna ilə bağlı təkliflərinə reaksiya verdi
Kreml Trampın Ukrayna ilə bağlı təkliflərinə reaksiya verdi
Sputnik Azərbaycan
Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır və ilk növbədə qlobal cənub ölkələrindən - BRICS tərəfdaşlarından gələn sülh təşəbbüslərini alqışlayır. 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T21:00+0400
2024-12-08T21:00+0400
2024-12-08T20:43+0400
rusiya
vladimir zelenski
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
donald tramp
abş prezidenti donald tramp
emmanuel makron
yelisey sarayı
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1d/469105087_0:160:3072:1888_1920x0_80_0_0_938214e7e3e904d7719eef1f1f81672a.jpg
BAKI, 8 dekabr - Sputnik. ABŞ-da keçirilən seçkilərdə seçilmiş prezident Donald Trampın Parisdə Fransa və Ukraynadan olan həmkarları Emmanuel Makron və Vladimir Zelenski ilə görüşündən sonra verdiyi bəyanatla Rusiya tanış olub.Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Qeyd edək ki, ötən gün Yelisey sarayında Tramp, Makron və Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Amerika və Fransa liderləri əvvəlcə ikitərəfli danışıqlar aparıblar. Tramp qeyd edib ki, o, Makronla dünyanın niyə “bir az dəli olduğunu” müzakirə etməyi planlaşdırır. Bazar günü Tramp deyib ki, Ukrayna münaqişənin həlli üçün Rusiya ilə razılığa gəlmək istəyir. O, dərhal atəşkəs və sülh danışıqlarının başlanmasına çağırıb, Çinin də buna kömək edə biləcəyini deyib. “Biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Parisdə Makron və Zelenski ilə görüşündən sonra verdiyi bəyanatı diqqətlə oxuyuruq” – Peskov jurnalistlərə deyib. O, həmçinin Trampın bəyanatında istinad etdiyi hər iki tərəfdən itki rəqəmlərini şərh edib. "Onlar Ukrayna təfsirində təqdim olunur və Ukraynanın rəsmi mövqeyini əks etdirir" deyən Kreml nümayəndəsi bildirib ki, Ukrayna itkiləri Rusiya tərəfindəki itkilərdən dəfələrlə çoxdur. Rusiya liderinin mətbuat katibi qeyd edib ki, döyüş meydanında belə tempin saxlanması Ukrayna ordusunun tam tükənməsinə və səfərbərlik yaşının 18 yaşa enməsinə, habelə məcburi səfərbərliyin sərtləşdirilməsinə gətirib çıxaracaq. O, həmçinin xatırladıb ki, danışıqlardan imtina edən Ukrayna tərəfi olub və indi də imtina edir. Üstəlik, Zelenski fərmanı çərçivəsində özünə və administrasiyasına Moskva ilə hər hansı əlaqəni qadağan edib. Peskovun sözlərinə görə, Moskva vəziyyətdən çıxış yolunu bir açarda görür - Zelenski öz fərmanını ləğv etməli və yerlərdə yaranan reallıqları nəzərə alaraq İstanbul razılaşmaları əsasında dialoqun bərpası barədə göstəriş verməlidir.Bununla belə, Zelenski Trampın dərhal atəşkəs çağırışını rədd edib. Onun sözlərinə görə, bunu “bir kağız parçası və bir neçə imza ilə tamamlamaq olmaz”. O, həmçinin qeyd edib ki, sülhə nail olmaq üçün Ukrayna tərəfinə “effektiv təminatlar” lazımdır. Eyni zamanda o, Trampın Kiyevin Moskva ilə saziş bağlamağa hazır olması barədə bəyanatını şərhsiz qoyub.
https://sputnik.az/20241208/ukrayna-rusiya-ile-razilasmaq-isteyir---tramp-zelenski-ile-gorusden-sonra-aciqladi-469263601.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1d/469105087_171:0:2902:2048_1920x0_80_0_0_8898e5b2ac987c3a2dfabfc153f7a1ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, donald tramp, abş prezidenti donald tramp, emmanuel makron, yelisey sarayı
vladimir zelenski, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, donald tramp, abş prezidenti donald tramp, emmanuel makron, yelisey sarayı
Kreml Trampın Ukrayna ilə bağlı təkliflərinə reaksiya verdi
Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır və ilk növbədə qlobal cənub ölkələrindən - BRICS tərəfdaşlarından gələn sülh təşəbbüslərini alqışlayır.
BAKI, 8 dekabr - Sputnik. ABŞ-da keçirilən seçkilərdə seçilmiş prezident Donald Trampın Parisdə Fransa və Ukraynadan olan həmkarları Emmanuel Makron və Vladimir Zelenski ilə görüşündən sonra verdiyi bəyanatla Rusiya tanış olub.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, ötən gün Yelisey sarayında Tramp, Makron və Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Amerika və Fransa liderləri əvvəlcə ikitərəfli danışıqlar aparıblar.
Tramp qeyd edib ki, o, Makronla dünyanın niyə “bir az dəli olduğunu” müzakirə etməyi planlaşdırır.
Bazar günü Tramp deyib ki, Ukrayna münaqişənin həlli üçün Rusiya ilə razılığa gəlmək istəyir. O, dərhal atəşkəs və sülh danışıqlarının başlanmasına çağırıb, Çinin də buna kömək edə biləcəyini deyib.
“Biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Parisdə Makron və Zelenski ilə görüşündən sonra verdiyi bəyanatı diqqətlə oxuyuruq” – Peskov jurnalistlərə deyib. O, həmçinin Trampın bəyanatında istinad etdiyi hər iki tərəfdən itki rəqəmlərini şərh edib.
"Onlar Ukrayna təfsirində təqdim olunur və Ukraynanın rəsmi mövqeyini əks etdirir" deyən Kreml nümayəndəsi bildirib ki, Ukrayna itkiləri Rusiya tərəfindəki itkilərdən dəfələrlə çoxdur.
Rusiya liderinin mətbuat katibi qeyd edib ki, döyüş meydanında belə tempin saxlanması Ukrayna ordusunun tam tükənməsinə və səfərbərlik yaşının 18 yaşa enməsinə, habelə məcburi səfərbərliyin sərtləşdirilməsinə gətirib çıxaracaq. O, həmçinin xatırladıb ki, danışıqlardan imtina edən Ukrayna tərəfi olub və indi də imtina edir. Üstəlik, Zelenski fərmanı çərçivəsində özünə və administrasiyasına Moskva ilə hər hansı əlaqəni qadağan edib.
Peskovun sözlərinə görə, Moskva vəziyyətdən çıxış yolunu bir açarda görür - Zelenski öz fərmanını ləğv etməli və yerlərdə yaranan reallıqları nəzərə alaraq İstanbul razılaşmaları əsasında dialoqun bərpası barədə göstəriş verməlidir.
“Prezident (Vladimir) Putin dəfələrlə bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır və ilk növbədə qlobal cənub ölkələrindən - BRICS tərəfdaşlarımızdan – Çin, Hindistan, Braziliya, Cənubi Afrika, həmçinin humanitar istiqamətdə işləyən Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanından gələn sülh təşəbbüslərini alqışlayır" - Kreml nümayəndəsi vurğulayıb.
Bununla belə, Zelenski Trampın dərhal atəşkəs çağırışını rədd edib. Onun sözlərinə görə, bunu “bir kağız parçası və bir neçə imza ilə tamamlamaq olmaz”. O, həmçinin qeyd edib ki, sülhə nail olmaq üçün Ukrayna tərəfinə “effektiv təminatlar” lazımdır. Eyni zamanda o, Trampın Kiyevin Moskva ilə saziş bağlamağa hazır olması barədə bəyanatını şərhsiz qoyub.