https://sputnik.az/20241208/beser-rejimine-xalqla-barismaq-ucun-vaxt-verdik-lakin-o-bundan-istifade-etmedi---fidan-469270547.html
Bəşər rejiminə xalqla barışmaq üçün vaxt verdik, lakin o, bundan istifadə etmədi - Fidan
Bəşər rejiminə xalqla barışmaq üçün vaxt verdik, lakin o, bundan istifadə etmədi - Fidan
Sputnik Azərbaycan
Türkiyə bundan sonra Suriyanın yaralarını sağaltmaq, onun birliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, məsuliyyəti öz üzərinə... 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T21:30+0400
2024-12-08T21:30+0400
2024-12-08T21:30+0400
dünya xəbərləri
hakan fidan
türkiyə
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
bəşər əsəd
suriya
suriya prezidenti bəşər əsəd
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468545622_0:0:2944:1657_1920x0_80_0_0_19506a50ca949e316469732db810c331.jpg
BAKI, 8 dekabr - Sputnik. Astana prosesi ilə Suriyada davam edən qarşıdurmalara fasilə verdik və rejimin xalqı ilə barışması üçün vaxt verdik, lakin bundan istifadə etmədi.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsində paylaşım edib.Nazir bildirib ki, xüsusilə son aylarda Suriyada baş verəcək prosesləri gözləyərək prezident Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü təşəbbüsü Suriya rejiminin rədd etməsi Türkiyəni haqlı çıxaran hadisələrlə nəticələnib:“Bu gün səhər saatlarından etibarən Suriya xalqı ölkənin gələcəyini təyin edəcəkləri yeni günə başlayıb. Türkiyə bundan sonra Suriyanın yaralarını sağaltmaq, onun birliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, məsuliyyəti öz üzərinə götürməyə hazırdır".Hakan Fidan əlavə edib ki, yaxın günlərdə region ölkələri və beynəlxalq aktorlarla bu məsələ ilə bağlı işi daha da gücləndirəcəklər. Bu yolla evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı öz torpaqlarına qayıda biləcək."İnşallah Suriya xalqını daha gözəl günlərin gözlədiyini hamımız görəcəyik” - Fidan əlavə edib.Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468545622_213:0:2944:2048_1920x0_80_0_0_b751d06f179f1c85d5343961df7ce9e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hakan fidan, türkiyə, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, bəşər əsəd, suriya, suriya prezidenti bəşər əsəd
hakan fidan, türkiyə, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, bəşər əsəd, suriya, suriya prezidenti bəşər əsəd
Bəşər rejiminə xalqla barışmaq üçün vaxt verdik, lakin o, bundan istifadə etmədi - Fidan
Türkiyə bundan sonra Suriyanın yaralarını sağaltmaq, onun birliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
BAKI, 8 dekabr - Sputnik. Astana prosesi ilə Suriyada davam edən qarşıdurmalara fasilə verdik və rejimin xalqı ilə barışması üçün vaxt verdik, lakin bundan istifadə etmədi.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, xüsusilə son aylarda Suriyada baş verəcək prosesləri gözləyərək prezident Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü təşəbbüsü Suriya rejiminin rədd etməsi Türkiyəni haqlı çıxaran hadisələrlə nəticələnib:
“Bu gün səhər saatlarından etibarən Suriya xalqı ölkənin gələcəyini təyin edəcəkləri yeni günə başlayıb. Türkiyə bundan sonra Suriyanın yaralarını sağaltmaq, onun birliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, məsuliyyəti öz üzərinə götürməyə hazırdır".
Hakan Fidan əlavə edib ki, yaxın günlərdə region ölkələri və beynəlxalq aktorlarla bu məsələ ilə bağlı işi daha da gücləndirəcəklər. Bu yolla evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı öz torpaqlarına qayıda biləcək.
"İnşallah Suriya xalqını daha gözəl günlərin gözlədiyini hamımız görəcəyik” - Fidan əlavə edib.
Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər.