https://sputnik.az/20241208/beser-esedin-devrilmesi-tarixi-hadisedir---netanyahu-469269704.html
Bəşər Əsədin devrilməsi tarixi hadisədir - Netanyahu
Bəşər Əsədin devrilməsi tarixi hadisədir - Netanyahu
Sputnik Azərbaycan
İsrailin müdafiə naziri İsrail Katz deyib ki, Əsədin devrilməsi İsrail dövlətini məhv etməyi qarşısına məqsəd qoyan İranın şər oxuna ağır zərbədir. 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T18:43+0400
2024-12-08T18:43+0400
2024-12-08T20:15+0400
dünya xəbərləri
bəşər əsəd
suriya prezidenti bəşər əsəd
suriya
al-arabiya news channel
netanyahu
benyamin netanyahu
colan təpələri
colan
israil katz
https://cdnn1.img.sputnik.az/img/41892/84/418928420_0:0:3071:1728_1920x0_80_0_0_b5f774430831b89759c4478d0a5dbe0d.jpg
BAKI, 8 dekabr - Sputnik. İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsədin hakimiyyətinin devrilməsinə "X" hesabı vasitəsilə münasibət bildirib.Netanyahu bu anı Yaxın Şərq üçün tarixi gün kimi dəyərləndirib:"Dəməşqdə Bəşər Əsəd rejiminin devrilməsi böyük imkanlar vəd etsə də, özü ilə önəm verilməli olan təhlükələri də gətirəcək.Biz sərhədin o tayında, Suriyada yaşayan və bizimlə sabitlik şəraitində yaşamaq istəyən dostlarımıza: kürdlərə, xristianlara və müsəlmanlara sülh əlimizi uzadırıq" - Netanyahunun paylaşımında bildirilir.Netanyahu İsrailin sülh içində yaşamaq istəyən suriyalılara dost əlini uzatmağa hazır olduğunu bildirsə də, sərhəddə düşmən qüvvələrin möhkəmlənməsinə imkan verməyəcəyini qeyd edib. O, eyni zamanda Suriya ordusu ərazidən çıxdığına görə 1974-cü il razılaşmasının cökdüyünü vurğulayaraq, İsrail qüvvələrinin bufer zonasına daxil olduğunu deyib.İsrailin müdafiə naziri İsrail Katz isə öz "X" hesabında bildirib ki, Əsədin devrilməsi İsrail dövlətini məhv etməyi qarşısına məqsəd qoyan İranın şər oxuna ağır zərbədir."Nazirlər Kabinetinin razılığı ilə mən və Baş Nazir İsrail ordusuna Colan Təpələrindəki bütün İsrail yaşayış məntəqələrinin digər tərəfdən təhdidlərə qarşı mühafizəsini təmin etmək məqsədilə bufer zonanı və nəzarət nöqtələrini ələ keçirməyi tapşırdıq. Biz nə Colan təpələrində, nə də başqa yerdə 6 oktyabrdakı vəziyyətin yenidən yaşanmasına imkan verəcəyik," müdafiə naziri fikrini yekunlaşdırıb.Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər. Onlar hökumət binalarını və rəsmi dövlət telekanalının redaksiyasını tutublar.Suriyanın ədliyyə naziri Əhməd Səid respublikada hakimiyyətin ötürülməsinin problemsiz həyata keçəcəyini bildirib. Al Arabiya televiziyasına açıqlamasında nazir "siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.
colan təpələri
colan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41892/84/418928420_222:0:2953:2048_1920x0_80_0_0_98108b8165600dd5a324ece9a19b0908.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bəşər əsəd, suriya prezidenti bəşər əsəd, suriya, al-arabiya news channel, netanyahu, benyamin netanyahu, colan təpələri, colan, israil katz
bəşər əsəd, suriya prezidenti bəşər əsəd, suriya, al-arabiya news channel, netanyahu, benyamin netanyahu, colan təpələri, colan, israil katz
Bəşər Əsədin devrilməsi tarixi hadisədir - Netanyahu
18:43 08.12.2024 (Yenilənib: 20:15 08.12.2024) İsrailin müdafiə naziri İsrail Katz deyib ki, Əsədin devrilməsi İsrail dövlətini məhv etməyi qarşısına məqsəd qoyan İranın şər oxuna ağır zərbədir.
BAKI, 8 dekabr - Sputnik. İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsədin hakimiyyətinin devrilməsinə "X" hesabı vasitəsilə münasibət bildirib.
Netanyahu bu anı Yaxın Şərq üçün tarixi gün kimi dəyərləndirib:
"Dəməşqdə Bəşər Əsəd rejiminin devrilməsi böyük imkanlar vəd etsə də, özü ilə önəm verilməli olan təhlükələri də gətirəcək.
Biz sərhədin o tayında, Suriyada yaşayan və bizimlə sabitlik şəraitində yaşamaq istəyən dostlarımıza: kürdlərə, xristianlara və müsəlmanlara sülh əlimizi uzadırıq" - Netanyahunun paylaşımında bildirilir.
Netanyahu İsrailin sülh içində yaşamaq istəyən suriyalılara dost əlini uzatmağa hazır olduğunu bildirsə də, sərhəddə düşmən qüvvələrin möhkəmlənməsinə imkan verməyəcəyini qeyd edib. O, eyni zamanda Suriya ordusu ərazidən çıxdığına görə 1974-cü il razılaşmasının cökdüyünü vurğulayaraq, İsrail qüvvələrinin bufer zonasına daxil olduğunu deyib.
İsrailin müdafiə naziri İsrail Katz isə öz "X" hesabında bildirib ki, Əsədin devrilməsi İsrail dövlətini məhv etməyi qarşısına məqsəd qoyan İranın şər oxuna ağır zərbədir.
"Osminoqun qolları bir-bir kəsilir. Biz Colan təpələrindəki yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməkdə qərarlı olduğumuzu açıq şəkildə söyləmək istəyirik" - o, bildirib.
"Nazirlər Kabinetinin razılığı ilə mən və Baş Nazir İsrail ordusuna Colan Təpələrindəki bütün İsrail yaşayış məntəqələrinin digər tərəfdən təhdidlərə qarşı mühafizəsini təmin etmək məqsədilə bufer zonanı və nəzarət nöqtələrini ələ keçirməyi tapşırdıq. Biz nə Colan təpələrində, nə də başqa yerdə 6 oktyabrdakı vəziyyətin yenidən yaşanmasına imkan verəcəyik," müdafiə naziri fikrini yekunlaşdırıb.
Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər. Onlar hökumət binalarını və rəsmi dövlət telekanalının redaksiyasını tutublar.
Suriyanın ədliyyə naziri Əhməd Səid respublikada hakimiyyətin ötürülməsinin problemsiz həyata keçəcəyini bildirib. Al Arabiya televiziyasına açıqlamasında nazir "siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.
Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.