DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bəşər Əsəd və ailəsi Rusiyadadır - Kreml

© AP Photo / Hassene DridiBəşər Əsəd həyat yoldaşı ilə
Bəşər Əsəd həyat yoldaşı ilə - Sputnik Azərbaycan, 1920, 08.12.2024
Abunə olmaq
Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq, Moskvaya gəlib, onlara sığınacaq verilib.
BAKI, 8 dekabr - Sputnik. Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvadadır və Rusiyadan sığınacaq alıb.
Bu barədə Kremldəki mənbə RİA Novosti-yə bildirib.
“Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq, Moskvaya gəlib, onlara sığınacaq verib” - agentliyin həmsöhbəti deyib.
Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər. Onlar hökumət binalarını və rəsmi dövlət telekanalının redaksiyasını tutublar.
Bu gün axşam saatlarında müxalif qüvvələrin Bəşər Əsədin Dəməşqdəki sarayını talan etdiyini əks etdirən görüntülər yayılıb.
Bir neçə saat ərzində Suriya prezidentinin təyyarə qəzasında həlak olduğu barədə Qərb KİV-də fərziyyə irəli sürülürdü.
"Flightradar24" portalının iddiasına görə, Əsədin də içində olduğu ehtimal edilən təyyarə 40 dəqiqə uçuşdan sonra Hüms şəhəri yaxınlığında radarlardan itib. Məlumata əsasən bu baş verdiyi zaman layner dəniz səviyyəsindən cəmi 500 m hündürlükdə olub.
Ağ Ev və Türkiyə XİN başçısı Bəşər Əsəd və ailəsinin harada olduğunu bilmədiyini açıqlayıb.
Xəbər lenti
0