https://sputnik.az/20241208/beser-esed-mesuliyyete-celb-edilmelidir---bayden-469275476.html
Bəşər Əsəd məsuliyyətə cəlb edilməlidir - Bayden
Bəşər Əsəd məsuliyyətə cəlb edilməlidir - Bayden
Sputnik Azərbaycan
Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə... 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T23:49+0400
2024-12-08T23:49+0400
2024-12-09T09:10+0400
dünya xəbərləri
bəşər əsəd
suriya prezidenti bəşər əsəd
rusiya
rusiya xarici işlər nazirliyi
moskva
suriya
ağ ev
abş prezidenti cozef bayden
co bayden
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0c/465980296_0:147:2809:1727_1920x0_80_0_0_728a886e3b6db7f7c200f97e9261da81.jpg
BAKI, 8 dekabr - Sputnik. ABŞ prezidenti Co Bayden hesab edir ki, Suriya lideri Bəşər Əsəd məsuliyyətə cəlb edilməlidir. Bunu Bayden Ağ Evdəki çıxışı zamanı deyib. "Əsəd cavab verməlidir" - prezident qətiyyətlə bildirib. O həmçinini qeyd edib ki, ABŞ administrasiyası Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlar və maraqlı tərəflərlə işləyəcək."ABŞ Suriyadan gələn mümkün təhdidlər fonunda İsrail, İordaniya, İraq və Livanın rəhbərliyi ilə məsləhətləşmələr aparacaq" - Bayden qeyd edib.Bayden, həmçinin əlavə edib ki, Vaşinqton İŞİD-ə qarşı mübarizəni davam etdirmək niyyətindədir və onun dirçəlməsinə imkan verməyəcək.Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib. Rusiya isə danışıqlarda iştirak etməyib. Kremldəki mənbə dekabrın 8-də RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər. Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0c/465980296_156:0:2653:1873_1920x0_80_0_0_da40b0526eca352b5f52be0998c519cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bəşər əsəd, suriya prezidenti bəşər əsəd, rusiya, rusiya xarici işlər nazirliyi, moskva, suriya, ağ ev, abş prezidenti cozef bayden, co bayden
bəşər əsəd, suriya prezidenti bəşər əsəd, rusiya, rusiya xarici işlər nazirliyi, moskva, suriya, ağ ev, abş prezidenti cozef bayden, co bayden
Bəşər Əsəd məsuliyyətə cəlb edilməlidir - Bayden
23:49 08.12.2024 (Yenilənib: 09:10 09.12.2024) Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib,
BAKI, 8 dekabr - Sputnik. ABŞ prezidenti Co Bayden hesab edir ki, Suriya lideri Bəşər Əsəd məsuliyyətə cəlb edilməlidir.
Bunu Bayden Ağ Evdəki çıxışı zamanı deyib.
"Əsəd cavab verməlidir" - prezident qətiyyətlə bildirib.
O həmçinini qeyd edib ki, ABŞ administrasiyası Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlar və maraqlı tərəflərlə işləyəcək.
"ABŞ Suriyadan gələn mümkün təhdidlər fonunda İsrail, İordaniya, İraq və Livanın rəhbərliyi ilə məsləhətləşmələr aparacaq" - Bayden qeyd edib.
Bayden, həmçinin əlavə edib ki, Vaşinqton İŞİD-ə qarşı mübarizəni davam etdirmək niyyətindədir və onun dirçəlməsinə imkan verməyəcək.
Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib. Rusiya isə danışıqlarda iştirak etməyib.
Kremldəki mənbə dekabrın 8-də RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər. Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib.
Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.