https://sputnik.az/20241208/-suriyanin-xarici-sler-nazirliyi-beyanat-yayib-469270406.html
Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb
Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb
Sputnik Azərbaycan
Suriya Xarici İşlər Nazirliyi və onun xaricdəki diplomatik nümayəndəlikləri bütün vətəndaşlarımızın rifahı üçün işləməyə davam edəcək. 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T20:03+0400
2024-12-08T20:03+0400
2024-12-08T20:16+0400
dünya xəbərləri
suriya
suriya prezidenti bəşər əsəd
dəməşq
https://cdnn1.img.sputnik.az/img/42376/43/423764348_0:160:3073:1888_1920x0_80_0_0_f008f9843965bc284235becfc68c9db9.jpg
BAKI, 8 dekabr - Sputnik. Suriya tarixində yeni səhifə açılıb. Bu barədə Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.Qeyd olunub ki, üsyançı qrupların Dəməşqi ələ keçirməsi ilə ölkə tarixində yeni səhidə başlayıb.Nazirlik bütün suriyalıların maraqları naminə işləməyə davam edəcəyinə söz verib: “Bu gün Suriya tarixində yeni bir səhifə görürük, biz suriyalılar arasında maneələr yaratmaq əvəzinə onları birləşdirəcək bir nizamnamə hazırlamalıyıq. Suriya Xarici İşlər Nazirliyi və onun xaricdəki diplomatik nümayəndəlikləri bütün vətəndaşlarımızın rifahı üçün işləməyə davam edəcək".Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər. Onlar hökumət binalarını və rəsmi dövlət telekanalının redaksiyasını tutublar.Suriyanın ədliyyə naziri Əhməd Səid respublikada hakimiyyətin ötürülməsinin problemsiz həyata keçəcəyini bildirib. Al Arabiya televiziyasına açıqlamasında nazir "siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/43/423764348_170:0:2901:2048_1920x0_80_0_0_be8360963e7a7ed53a9b5a9a91aee800.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
suriya, suriya prezidenti bəşər əsəd, dəməşq
suriya, suriya prezidenti bəşər əsəd, dəməşq
Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb
20:03 08.12.2024 (Yenilənib: 20:16 08.12.2024) Suriya Xarici İşlər Nazirliyi və onun xaricdəki diplomatik nümayəndəlikləri bütün vətəndaşlarımızın rifahı üçün işləməyə davam edəcək.
BAKI, 8 dekabr - Sputnik. Suriya tarixində yeni səhifə açılıb. Bu barədə Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd olunub ki, üsyançı qrupların Dəməşqi ələ keçirməsi ilə ölkə tarixində yeni səhidə başlayıb.
Nazirlik bütün suriyalıların maraqları naminə işləməyə davam edəcəyinə söz verib:
“Bu gün Suriya tarixində yeni bir səhifə görürük, biz suriyalılar arasında maneələr yaratmaq əvəzinə onları birləşdirəcək bir nizamnamə hazırlamalıyıq. Suriya Xarici İşlər Nazirliyi və onun xaricdəki diplomatik nümayəndəlikləri bütün vətəndaşlarımızın rifahı üçün işləməyə davam edəcək".
Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər. Onlar hökumət binalarını və rəsmi dövlət telekanalının redaksiyasını tutublar.
Suriyanın ədliyyə naziri Əhməd Səid respublikada hakimiyyətin ötürülməsinin problemsiz həyata keçəcəyini bildirib. Al Arabiya televiziyasına açıqlamasında nazir "siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.
Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.