https://sputnik.az/20241207/trampin-hedesi-butun-tereflere-zerer-verecek---nazir-469193756.html
Trampın hədəsi bütün tərəflərə zərər verəcək - Nazir
Trampın hədəsi bütün tərəflərə zərər verəcək - Nazir
Sputnik Azərbaycan
Nazir qeyd edib ki, Malayziya BRICS-ə dioloq, forumlar və ya müzakirələr vasitəsilə regional iqtisadi məsələlər üzrə fikir və mövqelərin təqdim edilməsi üçün... 07.12.2024, Sputnik Azərbaycan
2024-12-07T20:21+0400
2024-12-07T20:21+0400
2024-12-07T21:04+0400
donald tramp
dünya xəbərləri
hədə
brics
valyuta
valyuta
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0e/468765810_0:0:3072:1728_1920x0_80_0_0_3f03a73100498c29aa0d4d8918ef9abf.jpg
BAKI, 7 dekabr — Sputnik. ABŞ prezident seçkilərinin qalibi Donald Trampın BRICS ölkələrini gömrük rüsumları tətbiq etməklə hədələməsi qlobal tədarük zəncirindəki pozulmaların qarşısını almaq səylərinə mane olmaqla bütün tərəflərə zərər verəcək. Bunu Malayziyanın İnvestisiya, Ticarət və Sənaye naziri Zafrul Əbdül Əziz bildirib. Nazirin sözlərinə görə, Malayziya BRICS-də tərəfdaş ölkə kimi mövcud vəziyyətdən, xüsusən də BRICS ölkələrinə 100% rüsum tətbiq etməyi təklif edən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təhlükəsindən xəbərdardır. "Keçmişdə BRICS toplantılarında müzakirə olunan mövzulardan biri ABŞ dolları kimi ənənəvi ticarət valyutalarından asılılığın azaldılması olsa da, indiyədək de-dollarizasiya ilə bağlı heç bir rəsmi təklif razılaşdırılmayıb", - nazir bildirib. Nazir qeyd edib ki, Malayziya BRICS-ə dioloq, forumlar və ya müzakirələr vasitəsilə regional iqtisadi məsələlər üzrə fikir və mövqelərin təqdim edilməsi üçün vacib platforma kimi baxır. Zafrul Əbdül Əziz eyni zamanda, Malayziyanın ABŞ-ı mühüm ticarət tərəfdaşı hesab etməkdə davam etdiyini də vurğulayıb. "Buna görə də, 100 faizlik tarif tətbiq etmək üçün hər hansı bir addım yalnız qlobal təchizat zəncirindəki pozulmaların qarşısını almaq səylərindən qarşılıqlı asılı olan hər iki tərəfə zərər verəcək", - nazir qeyd edib. Bundan əvvəl Tramp BRICS ölkələrini dollara alternativ valyuta yaratmaq planlarından əl çəkməsələr, onlara "100% tariflər" tətbiq edəcəyi ilə hədələmişdi. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, vahid BRICS valyutasının yaradılması barədə danışmaq hələ tezdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0e/468765810_0:0:2732:2048_1920x0_80_0_0_8dfc7f640ad13b8b911528796d6c6e6f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
donald tramp, hədə, brics, valyuta, valyuta
donald tramp, hədə, brics, valyuta, valyuta
Trampın hədəsi bütün tərəflərə zərər verəcək - Nazir
20:21 07.12.2024 (Yenilənib: 21:04 07.12.2024) Nazir qeyd edib ki, Malayziya BRICS-ə dioloq, forumlar və ya müzakirələr vasitəsilə regional iqtisadi məsələlər üzrə fikir və mövqelərin təqdim edilməsi üçün vacib platforma kimi baxır.
BAKI, 7 dekabr — Sputnik. ABŞ prezident seçkilərinin qalibi Donald Trampın BRICS ölkələrini gömrük rüsumları tətbiq etməklə hədələməsi qlobal tədarük zəncirindəki pozulmaların qarşısını almaq səylərinə mane olmaqla bütün tərəflərə zərər verəcək. Bunu Malayziyanın İnvestisiya, Ticarət və Sənaye naziri Zafrul Əbdül Əziz bildirib.
Nazirin sözlərinə görə, Malayziya BRICS-də tərəfdaş ölkə kimi mövcud vəziyyətdən, xüsusən də BRICS ölkələrinə 100% rüsum tətbiq etməyi təklif edən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təhlükəsindən xəbərdardır.
"Keçmişdə BRICS toplantılarında müzakirə olunan mövzulardan biri ABŞ dolları kimi ənənəvi ticarət valyutalarından asılılığın azaldılması olsa da, indiyədək de-dollarizasiya ilə bağlı heç bir rəsmi təklif razılaşdırılmayıb", - nazir bildirib.
Nazir qeyd edib ki, Malayziya BRICS-ə dioloq, forumlar və ya müzakirələr vasitəsilə regional iqtisadi məsələlər üzrə fikir və mövqelərin təqdim edilməsi üçün vacib platforma kimi baxır. Zafrul Əbdül Əziz eyni zamanda, Malayziyanın ABŞ-ı mühüm ticarət tərəfdaşı hesab etməkdə davam etdiyini də vurğulayıb.
"Buna görə də, 100 faizlik tarif tətbiq etmək üçün hər hansı bir addım yalnız qlobal təchizat zəncirindəki pozulmaların qarşısını almaq səylərindən qarşılıqlı asılı olan hər iki tərəfə zərər verəcək", - nazir qeyd edib.
Bundan əvvəl Tramp BRICS ölkələrini dollara alternativ valyuta yaratmaq planlarından əl çəkməsələr, onlara "100% tariflər" tətbiq edəcəyi ilə hədələmişdi. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, vahid BRICS valyutasının yaradılması barədə danışmaq hələ tezdir.