DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan Prezidenti BMT-də islahata ehtiyac olduğunu bildirib

© Sputnik / Гавриил Григоров / POOL / Mediabanka keçidQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  - Sputnik Azərbaycan, 1920, 07.12.2024
Abunə olmaq
Qazaxıstan lideri qeyd edib ki, böyük dövlətlər arasında körpülər qurulmalıdır, onların olmaması BMT Təhlükəsizlik Şurasını çıxılmaz vəziyyətə salıb.
BAKI, 7 dekabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Millətlər Təşkilatının (BMT) universal bir birlik kimi alternativinin olmadığını, lakin onun islahata ehtiyacı olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə Tokayev Qətərin paytaxtı Doha Forumunda moderatorun suallarını cavablandırarkən deyib.
“BMT universal bir təşkilat kimi bəşəriyyət üçün tamamilə zəruridir. Böyük güclər, təəssüf ki, qlobal dünyanı daha təhlükəsiz edə bilmədilər. İndiki reallıqlar isə bir çox ölkələri, o cümlədən Qazaxıstanı çox narahat edir. Ona görə də BMT-də islahatlar aparılmalıdır”, - deyə o bildirib.
Qazaxıstan lideri qeyd edib ki, böyük dövlətlər arasında körpülər qurulmalıdır, onların olmaması BMT Təhlükəsizlik Şurasını çıxılmaz vəziyyətə salıb:
“Qazaxıstan da daxil olmaqla, orta dövlətlər həm regional, həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təşviqində çox mühüm rol oynaya bilər”.
Xəbər lenti
0