Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib

© iStock.com / José Araújodərman
dərman  - Sputnik Azərbaycan, 1920, 07.12.2024
Abunə olmaq
Siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib.
BAKI, 7 dekabr — Sputnik. Səhiyyə Nazirliyinin Kollegiyası “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı”nda dəyişiklik edib.
“Report”un məlumatına görə, bununla bağlı nazir Teymur Musayev yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0