Tarixdə bu gün: 6 dekabr – FOTO
© Sputnik6 dekabr
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 6 dekabr — Sputnik. Dekabrın 6-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 6-da kimlər anadan olub?
Jozef Lui Gey-Lüssak (1778-1850) - fransız kimyaçısı və fizikdir. O, öz adını daşıyan iki qaz qanununu kəşf edib, bor elementini təcrid edib, sianid turşusunu əldə edib, kimyəvi analiz üsullarını və sulfat turşusunun istehsal texnologiyasını təkmilləşdirib. Onun adı Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən Fransanın ən böyük alimləri siyahısına daxil edilib.
Nikolay Batalov (1899–1937) - Rusiyanın teatr və kino aktyoru, Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) əməkdar artistidir. Tamaşaçılar onu "Üçüncü meşşanlıq", "Üfüq", "Çoban və çar", "Batan gəminin xəzinəsi", "Üç yoldaş" filmlərindəki rollarına görə xatırlayırlar.
© SputnikNikolay Batalov
Nikolay Batalov
© Sputnik
Naum Eytinqon (1899-1981) - Sovet kəşfiyyatçısı, dövlət təhlükəsizliyi general-mayorudur. O, Böyük Vətən Müharibəsi illərində düşmən cəbhəsinin arxa hissəsində qurulan partizan hərəkatının təşkilatçısıdır.
Vladimir Naumov (1927-2021) - Rusiya kinorejissoru, ssenaristi, aktyoru, prodüseri və SSRİ xalq artistidir.
Vladimir Naumov
© Sputnik / Екатерина Чеснокова
/ Tom Hals (1953) - ABŞ aktyoru, müğənnisi və prodüserdir. O, "Emmi" və "Toni" mükafatlarının laureatıdır, həmçinin "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.
Mixail Yevdokimov (1957-2005) - rusiyalı komediyaçı, parodist, aktyor, müğənni, teleaparıcı və Rusiya Federasiyasının əməkdar artistidir.
© Sputnik / Юрий ЗаритовскийMixail Yevdokimov
Mixail Yevdokimov
© Sputnik / Юрий Заритовский
Aleksandr Baluyev (1958) - rusiyalı teatr, kino və dublyaj aktyoru, rejissor və Rusiya Federasiyasının xalq artistidir.
Aleksandr Baluyev
© Sputnik / Yekaterina Chestokova
/ 6 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1917-ci ildə Finlandiya parlamenti Rusiyadan ayrılaraq müstəqil dövlət statusu almaq üçün müraciət qəbul edib. 6 dekabr milli bayram - Finlandiyanın Müstəqillik Günüdür.
1921-ci ildə İngiltərə-İrlandiya müqaviləsi imzalanıb, ona əsasən düz bir il sonra (6 dekabr 1922-ci il) İrlandiya müstəqillik qazanıb.
1946-cı ildə amerikalı mühəndis Persi Spenser tərəfindən icad edilən mikrodalğalı soba üçün patent verilib.
1978-ci ildə İspaniya ümumi referendum zamanı ölkənin konstitusiyasını qəbul edib.
2006-cı ildən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1881-ci ilin bu günü ölkədə ilk telefon xətti istifadəyə verilib.