https://sputnik.az/20241206/papikyan-abs-ile-mudafie-sahesinde-emekdasligin-prioritetlerini-aciqladi-469221625.html
Papikyan ABŞ ilə müdafiə sahəsində əməkdaşlığın prioritetlərini açıqladı
Papikyan ABŞ ilə müdafiə sahəsində əməkdaşlığın prioritetlərini açıqladı
Sputnik Azərbaycan
Mətbuat xidmətinin məlumatına görə, Ostin Ermənistanın müdafiə nazirinin səfərini tarixi hadisə adlandırıb. 06.12.2024, Sputnik Azərbaycan
2024-12-06T13:22+0400
2024-12-06T13:22+0400
2024-12-06T13:22+0400
suren papikyan, ermənistanın müdafiə naziri
dünya xəbərləri
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449404013_0:0:1920:1080_1920x0_80_0_0_6f13515d6c1a44256466f7be41fefa6f.jpg
BAKI, 6 dekabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan amerikalı həmkarı Lloyd Ostin ilə görüşüb. Erməni nazir bildirib ki, Ermənistan silahlı qüvvələrində dəyişikliklər və ABŞ silahlı qüvvələri ilə qarşılıqlı fəaliyyətin səviyyəsinin yüksəldilməsini müdafiə əməkdaşlığının prioritet istiqamətləri adlandırıb. Mətbuat xidmətinin məlumatına görə, Ostin Ermənistanın müdafiə nazirinin səfərini tarixi hadisə adlandırıb və Ermənistan Silahlı Qüvvələrinin islahatlarını təşviq etməyə davam etməyə hazır olduğunu bildirib. Görüşdə beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlərin də müzakirə edildiyi vurğulanır. Papikyan Ermənistanın Cənubi Qafqaz regionunda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib. Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb, iki ölkə arasında əməkdaşlığı müzakirə edib. O, bu görüşün son iki onillikdə ilk görüş olduğuna aydınlıq gətirib. Rayderin sözlərinə görə, tərəflər Vaşinqton və İrəvan arasında müdafiə sahəsində əməkdaşlığı, eləcə də gələcək ümumi təhlükəsizlik səylərini müzakirə ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449404013_310:0:1751:1081_1920x0_80_0_0_4ac1c9aac4c9936c864981fe7fba5a51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
suren papikyan, ermənistanın müdafiə naziri , abş
suren papikyan, ermənistanın müdafiə naziri , abş
Papikyan ABŞ ilə müdafiə sahəsində əməkdaşlığın prioritetlərini açıqladı
Mətbuat xidmətinin məlumatına görə, Ostin Ermənistanın müdafiə nazirinin səfərini tarixi hadisə adlandırıb.
BAKI, 6 dekabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan amerikalı həmkarı Lloyd Ostin ilə görüşüb.
Erməni nazir bildirib ki, Ermənistan silahlı qüvvələrində dəyişikliklər və ABŞ silahlı qüvvələri ilə qarşılıqlı fəaliyyətin səviyyəsinin yüksəldilməsini müdafiə əməkdaşlığının prioritet istiqamətləri adlandırıb.
"Papikyan həm Ermənistan silahlı qüvvələrinin transformasiyasına, həm də ABŞ silahlı qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb. Bu istiqamətlər arasında o, beynəlxalq sülhməramlı missiyalarda iştirakın tərkib hissəsi kimi hərbi təhsil, döyüş hazırlığı, təlim, peşəkar çavuş və təlimatçıların bacarıqlarının inkişaf etdirilməsi, Ermənistan silahlı qüvvələrinin təlim potensialının yaradılmasını qeyd edib", - Ermənistan MN bildirib.
Mətbuat xidmətinin məlumatına görə, Ostin Ermənistanın müdafiə nazirinin səfərini tarixi hadisə adlandırıb və Ermənistan Silahlı Qüvvələrinin islahatlarını təşviq etməyə davam etməyə hazır olduğunu bildirib.
Görüşdə beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlərin də müzakirə edildiyi vurğulanır. Papikyan Ermənistanın Cənubi Qafqaz regionunda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib.
"ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ-ın bu cəhdə dəstəyini ifadə edib", - mətbuat xidməti bildirib.
Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb, iki ölkə arasında əməkdaşlığı müzakirə edib. O, bu görüşün son iki onillikdə ilk görüş olduğuna aydınlıq gətirib. Rayderin sözlərinə görə, tərəflər Vaşinqton və İrəvan arasında müdafiə sahəsində əməkdaşlığı, eləcə də gələcək ümumi təhlükəsizlik səylərini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.