https://sputnik.az/20241206/ermenistanin-herbi-budcesinin-artmasindan-kimler-narahat-olmalidir-469212213.html
Ermənistanın hərbi büdcəsinin artmasından kimlər narahat olmalıdır? VİDEO
Ermənistanın hərbi büdcəsinin artmasından kimlər narahat olmalıdır? VİDEO
Sputnik Azərbaycan
İki ölkənin hərbi büdcələri arasında kəskin fərqlərin olmasına baxmayaraq, davam edən sülh danışıqları prosesində hərbi büdcələrdəki artımlar regionda davam... 06.12.2024, Sputnik Azərbaycan
2024-12-06T10:03+0400
2024-12-06T10:03+0400
2024-12-06T11:00+0400
ermənistan
təhlil
hərbi
büdcə
politoloq
dövlət büdcəsi
cop29
arzu nağıyev
arzu nağıyev
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e8/06/13/465467734_0:160:3072:1888_1920x0_80_0_0_1d9747bc46499056c422887822893de1.jpg
BAKI, 6 dekabr — Sputnik. Ermənistan parlamenti gələn ilin dövlət büdcəsini təsdiqləyib. Yeni büdcə layihəsinə əsasən, müdafiə xərcləri 20 % artaraq 665 milyard dram (1,713 milyard ABŞ dolları) həcmində olacaq. Qeyd edək ki, Azərbaycanda isə büdcə ilə bağlı müzakirələr davam edir. Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə, 2025-ci il üçün dövlət gəlirləri 36.6 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 0.6% artım deməkdir. Bununla belə, xərclər 39.6 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bildirilir ki, gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə də xüsusi diqqət yetirələcək. Belə ki, 2025-ci ildə Azərbaycanın hərbi büdcəsinin 8,4 milyard manat həcmində olması nəzərdə tutulur. Bu da cari illə müqayisədə 17,8 faiz çoxdur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Sputnik Azərbaycan-a bildirib ki, Ermənistan büdcəsində əsas prioritet müdafiə xərcləri ilə bağlı olması öz daxili işlər olsa da, bizim üçün də önəm kəsb edən məqamdır: "Ermənistan hökuməti gələn ilin büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitdəki ciddi artımı sosial büdcədən kəsintilər hesabına təmin edəcək. Ermənistan rəsmiləri büdcədə müdafiə xərcləri üçün nəzərdə tutulan vəsaiti Azərbaycanın hərbi sahədəki büdcəsinə görə, artımlara getdiklərini izah etməyə çalışırlar". Millət vəkili Ermənistan büdcəsini militarizasiya olunmuş hesab edir: "Çünki Azərbaycanda büdcə xərcləri bölünərkən müdafiə və təhlükəsizlik xərcləri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial siyasətin icrasını təmin edəcək xərclər əsas götürülür". Millət vəkili qeyd edib ki, Ermənistanın daxilində hərbi sahəyə bu qədər büdcənin ayrılmasına qarşı olanlar da var: "Ermənistanın hərbi büdcəsi Azərbaycanla müqayisə edilə bilməz. Ermənistana pulsuz silahlar verilsə də, onların qarşısında hər gün hərbi-texniki imkanları hər keçən gün təkmilləşdirilən qalib Azərbaycan ordusu dayanıb. Bizim ordumuzun döyüş potensialı Ermənistana yaxşı bəllidir. Azərbaycan müdafiə xərclərində nəzərdə tutlmuş artımlar da regionda davam edən qeyri-stabil vəziyyətə əsaslanır", - Arzu Nağıyev fikirlərini yekunlaşdırıb. Politoloq Tural İsmayılov isə bildirib ki, bu gün Ermənistanın Azərbaycan əleyhinə aktiv şəkildə müharibəyə təhrik edilməyinin hər bir elementini görürük: "Əvvəla Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyasının saxta binokl şousu davam edir. Təəssüf ki, Azərbaycanla münasibətləri yaxşı olan bir ölkənin prezidenti də gedib həmin şouya qoşulub. Digər bir tərəfdən Ermənistan dayanmadan silahlandırılır. Həm Fransa, həm də Hindistandan bu ölkəyə silahların tədarükü intensiv şəkildə aparılır. Son günlərdə Yunanıstanın Rusiyadan aldığı S300 raket komplekslərini ixrac edəcəyi ilə bağlı da məlumatlar var". Politoloq qeyd edib ki, Ermənistanın COP29-da iştirak etməməsi, Azərbaycan əleyhinə boğazdan yuxarı iddialar səsləndirməsi bu gün Ermənistan siyasi iqtidarında təmsil olunan güclərin Ermənistan ictimai rəyində mövqelərinin zəifləməsi ilə bağlıdır."Bu gün Ermənistanın iqtisadiyyatı ilə bağlı çox gərgin bir mənzərə hökm sürür. Ermənistan daxilində iqtisadi münasibətlər kifayət qədər zəif və kövrəkdir. Bütün bu hadisələr onu göstərir ki, Ermənistan hakimiyyəti bu iqtisadiyyat zəifliyi fonunda xalqdan gələcək etirazların qarşısında gündəmi dəyişməyə hazılaşır. Aydın şəkildə görünür ki, bütün bunlar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatına, eyni zamanda növbəti hərbi hücumlarına səbəb ola bilər. Hesab edirəm ki, Ermənistanın Azərbaycana qarşı müharibəyə hazılanması region üçün yeni gərginlik ocaqlarının yaranacağı ehtimallarını artırır", – politoloq qeyd edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/13/465467734_171:0:2902:2048_1920x0_80_0_0_876390acab24ab25b608d7c7a5c0078a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, hərbi, büdcə, politoloq, dövlət büdcəsi, cop29, arzu nağıyev, arzu nağıyev, milli məclis, milli məclis, azərbaycan, azərbaycan, müharibə
ermənistan, hərbi, büdcə, politoloq, dövlət büdcəsi, cop29, arzu nağıyev, arzu nağıyev, milli məclis, milli məclis, azərbaycan, azərbaycan, müharibə
Ermənistanın hərbi büdcəsinin artmasından kimlər narahat olmalıdır? VİDEO
10:03 06.12.2024 (Yenilənib: 11:00 06.12.2024) İki ölkənin hərbi büdcələri arasında kəskin fərqlərin olmasına baxmayaraq, davam edən sülh danışıqları prosesində hərbi büdcələrdəki artımlar regionda davam edən qeyri-stabil vəziyyətə əlaqələndirilir.
BAKI, 6 dekabr — Sputnik. Ermənistan parlamenti gələn ilin dövlət büdcəsini təsdiqləyib. Yeni büdcə layihəsinə əsasən, müdafiə xərcləri 20 % artaraq 665 milyard dram (1,713 milyard ABŞ dolları) həcmində olacaq.
Qeyd edək ki, Azərbaycanda isə büdcə ilə bağlı müzakirələr davam edir. Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə, 2025-ci il üçün dövlət gəlirləri 36.6 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 0.6% artım deməkdir. Bununla belə, xərclər 39.6 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bildirilir ki, gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə də xüsusi diqqət yetirələcək. Belə ki, 2025-ci ildə Azərbaycanın hərbi büdcəsinin 8,4 milyard manat həcmində olması nəzərdə tutulur. Bu da cari illə müqayisədə 17,8 faiz çoxdur.
Ermənistan hərbi büdcəsinin rekord səviyyədə artırılması Azərbaycanda da diqqətlə izlənilir. İki ölkənin hərbi büdcələri arasında kəskin fərqlərin olmasına baxmayaraq, davam edən sülh danışıqları prosesində hərbi büdcələrdəki artımlar regionda davam edən qeyri-stabil vəziyyətə əlaqələndirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Sputnik Azərbaycan-a bildirib ki, Ermənistan büdcəsində əsas prioritet müdafiə xərcləri ilə bağlı olması öz daxili işlər olsa da, bizim üçün də önəm kəsb edən məqamdır: "Ermənistan hökuməti gələn ilin büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitdəki ciddi artımı sosial büdcədən kəsintilər hesabına təmin edəcək. Ermənistan rəsmiləri büdcədə müdafiə xərcləri üçün nəzərdə tutulan vəsaiti Azərbaycanın hərbi sahədəki büdcəsinə görə, artımlara getdiklərini izah etməyə çalışırlar".
Millət vəkili Ermənistan büdcəsini militarizasiya olunmuş hesab edir: "Çünki Azərbaycanda büdcə xərcləri bölünərkən müdafiə və təhlükəsizlik xərcləri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial siyasətin icrasını təmin edəcək xərclər əsas götürülür".
Millət vəkili qeyd edib ki, Ermənistanın daxilində hərbi sahəyə bu qədər büdcənin ayrılmasına qarşı olanlar da var:
"Amma onlar hərbiləşmənin əleyhinə olduqları üçün yox, iqtidara müxalif olduqları üçün büdcə layihəsinin əleyhinə səs veriblər. Gələn il üçün Ermənistan müdafiə xərclərinin artımı bizi narahat etmir. Bundan daha çox acınacaqlı vəziyyətdə yaşayan erməni xalqı narahat olmalıdır. Azərbaycan sülh danışıqlarında irəliləyişin əldə olunmasını, regiona tezliklə sülhün gəlməsini istəyir. Görünən odur ki, xarici təsir altında olan Ermənistan hökuməti erməni xalqının maraqlarını regionda yeni hərbi toqquşmalar yaratmaq istəyən qüvvələrin təlimatına qurban verir".
"Ermənistanın hərbi büdcəsi Azərbaycanla müqayisə edilə bilməz. Ermənistana pulsuz silahlar verilsə də, onların qarşısında hər gün hərbi-texniki imkanları hər keçən gün təkmilləşdirilən qalib Azərbaycan ordusu dayanıb. Bizim ordumuzun döyüş potensialı Ermənistana yaxşı bəllidir. Azərbaycan müdafiə xərclərində nəzərdə tutlmuş artımlar da regionda davam edən qeyri-stabil vəziyyətə əsaslanır", - Arzu Nağıyev fikirlərini yekunlaşdırıb.
Politoloq Tural İsmayılov isə bildirib ki, bu gün Ermənistanın Azərbaycan əleyhinə aktiv şəkildə müharibəyə təhrik edilməyinin hər bir elementini görürük: "Əvvəla Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyasının saxta binokl şousu davam edir. Təəssüf ki, Azərbaycanla münasibətləri yaxşı olan bir ölkənin prezidenti də gedib həmin şouya qoşulub. Digər bir tərəfdən Ermənistan dayanmadan silahlandırılır. Həm Fransa, həm də Hindistandan bu ölkəyə silahların tədarükü intensiv şəkildə aparılır. Son günlərdə Yunanıstanın Rusiyadan aldığı S300 raket komplekslərini ixrac edəcəyi ilə bağlı da məlumatlar var".
Politoloq qeyd edib ki, Ermənistanın COP29-da iştirak etməməsi, Azərbaycan əleyhinə boğazdan yuxarı iddialar səsləndirməsi bu gün Ermənistan siyasi iqtidarında təmsil olunan güclərin Ermənistan ictimai rəyində mövqelərinin zəifləməsi ilə bağlıdır.
"Bütün bunlar fonunda Ermənistan iqtidarının yeni bir hərbi gərginlik yaradaraq diqqətli bu hərbi gərginliyə yönəltməyə çalışması açıq-aydın görünür. Ermənistandan istifadə edən havadarları onu Azərbaycan əleyhinə növbəti müharibəyə çəkməklə məşğuldurlar".
"Bu gün Ermənistanın iqtisadiyyatı ilə bağlı çox gərgin bir mənzərə hökm sürür. Ermənistan daxilində iqtisadi münasibətlər kifayət qədər zəif və kövrəkdir. Bütün bu hadisələr onu göstərir ki, Ermənistan hakimiyyəti bu iqtisadiyyat zəifliyi fonunda xalqdan gələcək etirazların qarşısında gündəmi dəyişməyə hazılaşır. Aydın şəkildə görünür ki, bütün bunlar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatına, eyni zamanda növbəti hərbi hücumlarına səbəb ola bilər. Hesab edirəm ki, Ermənistanın Azərbaycana qarşı müharibəyə hazılanması region üçün yeni gərginlik ocaqlarının yaranacağı ehtimallarını artırır", – politoloq qeyd edib.