https://sputnik.az/20241206/deputat-daha-cox-vetendasin-ipoteka-ile-menzil-almaq-imkani-yaranacaq-469192175.html
Deputat: Daha çox vətəndaşın ipoteka ilə mənzil almaq imkanı yaranacaq
Deputat: Daha çox vətəndaşın ipoteka ilə mənzil almaq imkanı yaranacaq
Sputnik Azərbaycan
Deputat bildirib ki, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin... 06.12.2024, Sputnik Azərbaycan
2024-12-06T09:29+0400
2024-12-06T09:29+0400
2024-12-06T09:29+0400
ipoteka
iqtisadiyyat
vüqar bayramov
deputat
vətəndaş
mənzil
sosial şəbəkə
ev
kredit
kredit
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020392_0:160:3072:1888_1920x0_80_0_0_dad575a4d0e2c2be5d9bb0cfdb38b8ea.jpg
BAKI, 6 dekabr — Sputnik. Gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Bu o deməkdir ki, növbəti il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1,1 milyard manata çatacaq. Bu həmçinin daha çox vətəndaşlarımızın ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir. Bu sözləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur: "Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 8 faizlə 30 il müddətinə təklif olunur". "Bütövlükdə, Fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu, həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir" - o əlavə edib. Xatırladaq ki, indiyədək Fond tərəfindən 52059 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3,2 milyard manatdan çoxdur. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazımdır? -İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan "Elektron ipoteka və kredit zəmanət" sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar. Kreditin alınmasında yaş məhdudiyyəti varmı? -Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz. Mən ev tikdirmək istəyirəm. Bunun üçün ipoteka krediti götürə bilərəmmi? -Xeyr. İpoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir. Əlavə edək ki, ipoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020392_171:0:2902:2048_1920x0_80_0_0_9d33da446f4f46afdcbe25776dbed8c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ipoteka, vüqar bayramov, deputat, vətəndaş, mənzil, sosial şəbəkə, ev, kredit, kredit, ipoteka kreditləri, dövlət büdcəsi, ipoteka və kredit zəmanət fondu
ipoteka, vüqar bayramov, deputat, vətəndaş, mənzil, sosial şəbəkə, ev, kredit, kredit, ipoteka kreditləri, dövlət büdcəsi, ipoteka və kredit zəmanət fondu
Deputat: Daha çox vətəndaşın ipoteka ilə mənzil almaq imkanı yaranacaq
Deputat bildirib ki, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir.
BAKI, 6 dekabr — Sputnik. Gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Bu o deməkdir ki, növbəti il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1,1 milyard manata çatacaq. Bu həmçinin daha çox vətəndaşlarımızın ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir.
Bu sözləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur: "Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 8 faizlə 30 il müddətinə təklif olunur".
"Bütövlükdə, Fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu, həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir" - o əlavə edib.
Xatırladaq ki, indiyədək Fond tərəfindən 52059 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3,2 milyard manatdan çoxdur.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.
İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazımdır?
-İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan "Elektron ipoteka və kredit zəmanət" sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.
Kreditin alınmasında yaş məhdudiyyəti varmı?
-Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz.
Mən ev tikdirmək istəyirəm. Bunun üçün ipoteka krediti götürə bilərəmmi?
-Xeyr. İpoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir.
Əlavə edək ki, ipoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir.