Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bəzi musiqi məktəblərində müəllimlərin təhsil səviyyəsi ürəkaçan deyil - Nazir müşaviri

© Sputnik / Kemale AliyevaMusiqi alətləri, arxiv
Musiqi alətləri, arxiv - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Abunə olmaq
Cəsarət Valehov bildirib ki, 2025-ci ildə Bakı, Abşeron-Xızı, Şirvan-Salyan, Mil-Muğan və Quba-Xaçmaz idarələri üzrə 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır.
BAKI, 6 dekabr — Sputnik. "Azərbaycanda demək olar, hər qəsəbədə musiqi məktəbi var, amma bəzi hallarda müəllimlərin təhsil səviyyəsi ürəkaçan deyil".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinqdə çıxışı zamanı deyib.

"Biz sadəcə görmək istəyirik ki, bizim müəllim qüvvəmiz, keyfiyyətimiz hansı səviyyədədir. Mütəmadi baxış, resursların qiymətləndirilməsi təbii haldır və biz bunu hər sahədə görə bilərik", - deyə o qeyd edib.

© Photo : AZƏRTACCahangir Səlimxanov, arxiv
Cahangir Səlimxanov, arxiv - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Cahangir Səlimxanov, arxiv
Qeyd edək ki, bu gün Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinq keçirilib.
Brifinqdə Mədəniyyət nazirin müşaviri Cəsarət Valehov, Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova və digər şəxslər iştirak ediblər.
Brifinqdə açılış nitqi ilə çıxış edən Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib ki, musiqi təhsili son zamanlar prioritet istiqamətlərdəndir və bununla bağlı yeni addımlar atılır.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında deyib ki, öllkədə minlərlə adam musiqi müəllimi vəzifəsini daşıyır və Musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi onların hamısına aiddir:

"Mənim öz təhsilim də musiqi ilə bağlı olduğu üçün bu sahə ilə yaxından tanışam. Müəllimlərin bacarıqlarını qiymətləndirmək, əlbəttə, təbii haldır".

Daha sonra çıxış edən Mədəniyyət nazirinin müavini Cəsarət Valehov bildirib ki, 2025-ci ildə Bakı, Abşeron-Xızı, Şirvan-Salyan, Mil-Muğan və Quba-Xaçmaz idarələri üzrə 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır:
"Attestasiya prosesi ilk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə olacaq. Attestasiya fevral ayının 3-dən başlayacaq. Fortepiano üzrə təhsilalanlar və təhsil verənlərin sayı çoxluq təşkil etdiyi üçün ilkin olaraq həmin ixtisas üzrə olacaq. 2025-ci ilin sonunda bu ərazilərdə attestasiya prosesi yekunlaşacaq. 2026-cı ildə isə digər bölgələrin idarələri üzrə attestasiya prosesinin keçirilməsi planlaşdırılır. Beləliklə, 2026-cı ildə respublika üzrə tam yekunlaşdırılması nəzərdə tutulub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0